Kənd təsərrüfatı məhsullarının istehsalçılarına yardımın ödənilməsi barədə qərar qəbul edilib

Kənd Təsərrüfatı Nazirliyində kənd təsərrüfatı məhsullarının istehsalçılarına hər hektar əkin sahəsinin becərilməsində istifadə olunan yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına 40 manat yardım verilməsi, habelə “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına satılan mineral gübrələrin dəyərinin orta hesabla 50 faizinin dövlət tərəfindən ödənilməsinin təmin edilməsi üzrə Respublika Komissiyasının növbəti iclası keçirilib.

Bu barədə AzərTAc-a nazirliyin mətbuat xidmətindən bildiriblər.

İclasda çıxış edən Respublika Komissiyasının sədri, kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev qeyd edib ki, 2007-ci ildən başlayaraq kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin və çoxillik əkmələrin becərilməsində sərf olunan yanacaq və motor yağlarına görə yardım verilir. Bu məqsədlə 2014-cü ildə də dövlət büdcəsində vəsait nəzərdə tutulub.

Tədbirdə kənd təsərrüfatı məhsullarının istehsalçılarına hər hektar əkin sahəsinin becərilməsində istifadə etdikləri yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına 40 manat yardım verilməsi ilə bağlı 36 rayon (şəhər) komissiyasından daxil olmuş sənədlərə baxılıb. Komissiya üzvlərinin təklifi əsasında Abşeron və Şuşa rayon komissiyaları və Mingəçevir şəhər komissiyasından daxil olmuş sənədlərin yenidən araşdırılması barədə qərar verilib.

Respublika Komissiyası qalan 33 rayon (şəhər) komissiyası üzrə 202966 istehsalçıya 651092,78 hektar əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə 26043711,2 manat məbləğində yardım ayrılması barədə qərar qəbul edib. Həmçinin iclasda rayon (şəhər) və kənd ərazi komissiyaları üzrə yardım veriləcək istehsalçıların siyahısı, onların əkin sahələri və hesablanmış yardımın məbləği barədə məlumatların nazirliyin rəsmi internet səhifəsində (http://agro.gov.az) yerləşdirilməsi qərara alınıb.

Kənd təsərrüfatı məhsullarının istehsalçılarına yardımın ödənilməsi məqsədilə müvafiq sənədlər Maliyyə Nazirliyinə, “Kapital Bank” ASC-yə və aidiyyəti rayon (şəhər) icra hakimiyyətlərinə göndərilib.

Eyni zamanda, Respublika Komissiyası 4 satıcı təşkilat tərəfindən 4868 nəfər kənd təsərrüfatı məhsulları istehsalçısına 44234,27 hektara görə 50 faiz güzəştlə satılmış 8403,3 ton mineral gübrə üçün 1851166 manat dövlət büdcəsi vəsaitinin onlara ödənilməsi barədə qərar qəbul edib və bununla bağlı müvafiq sənədlər Maliyyə Nazirliyinə təqdim olunub.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında