“Bulla-dəniz” yatağındakı stasionar dəniz özülündə tikinti-quraşdırma işlərinə başlanılmışdır

ARDNŞ-in “Neftqaztikinti” trestində N.Nərimanov adına NQÇİ tərəfindən işlənilən “Bulla-dəniz” yatağında 4 ədəd istismar quyusunun qazılması üçün nəzərdə tutulan 6 saylı stasionar dəniz özülünün tikinti-quraşdırma işlərinə başlanmışdır.

Trend ARDNŞ-in rəsmi saytına istinadən məlumat verir ki, bu məqsədlə “Zığ” istehsalat sahəsində 2 ədəd dayaq bloku, 1 ədəd aralıq seksiyası hazırlanmışdır. Qalan 8 ədəd dayaq bloku və 10 ədəd aralıq seksiyası “BOS Şelf” MMC-də hazırlanır.

Dənizdə işlərə başlanması cari ilin avqust ayına planlaşdırılmışdır. Stasionar dəniz platformasında bir-birinə piyada körpüsü ilə birləşəcək iki hissənin - istehsalat və yaşayış bloklarının tikintisi nəzərdə tutulur. Plana əsasən istehsalat hissəsi 3940 kvadratmetrlik sahəni əhatə edəcək. Burada üç tərəfdən minik və yanalma meydançalarının inşası üçün də işlər görülür.

Ümumi sahəsi 750 kvadratmetr nəzərdə tutulan yaşayış hissəsi istehsalat sahəsi ilə hər birinin uzunluğu 47 metr olan 2 ədəd piyada körpüsü ilə birləşdiriləcək. Yaşayış bloku iki tərəfdən minik meydançaları ilə, habelə 42 yerlik xilasedici qayıqla təmin olunacaq.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında