İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Qusar rayonunda prioritet hesab olunan aşağıdakı sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır

Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2009-cu il tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq, İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu 2010-cu il avqustun 27-də respublikanın sərhəd rayonlarından biri olan Qusar rayonunda "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda tədbir keçirmişdir. Tədbir çərçivəsində yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədi ilə müzakirələr aparılmışdır. Bununla əlaqədar, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Qusar rayonu üzrə sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilmişdir:
Meyvə, tərəvəz, eləcə də digər ərzaq məhsullarının saxlanılması üçün tutumu 10 min tonadək olan soyuducu anbar komplekslərinin yaradılması;
Mineral suların qablaşdırılması üçün istehsal müəssisəsinin yaradılması;
İntensiv bağçılıq, tingçilik, tərəvəzçilik (kartof və soğan), o cümlədən istixana şəraitində tərəvəz məhsullarının yetişdirilməsi;
İllik istehsal gücü 10-12 min ton olan müasir tələblərə cavab verən çörək istehsalı müəssisəsinin yaradılması;
Müasir tələblərə cavab verən kiçik və ya orta həcmli meyvə (o cümlədən cır meşə meyvələri) emalı (meyvələrin qurudulması) müəssisələrinin yaradılması;
Ət, süd və tərəvəz emalı müəssisələrinin yaradılması;
İntensiv südlük istiqamətli heyvandarlıq kompleksinin yaradılması;
Turizmin inkişafının dəstəklənməsi;
Qədim xalq sənətkarlığının, o cümlədən xalçaçılığın inkişafının dəstəklənməsi.
Bu gündən etibarən "Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları"na uyğun olaraq, sahibkarlıq subyektləri müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.
Sahibkarlar məsləhət və əlavə məlumatı Sahibkarlığa Kömək Milli Fondundan ala bilərlər.
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172
Telefon: (012) 432-39-69
Faks: (012) 434-74-29
E-mail:  [email protected]

{nl}

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında