“PAŞA Həyat Sığorta” cari ilin 6 ayını uğurla başa vurmuşdur

Dünən “PAŞA Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyətinin cari ilin 6 ayı üzrə fəaliyyətinin yekunlarına və Azərbaycanda ilk milli mətbuatın yaranmasının 139 illiyi münasibətilə mətbuat nümayəndələri ilə görüş keçirildi. Tədbiri şirkətin strateji direktoru İsrail Qarayev açaraq əvvəlcə jurnalistləri 22 iyul – peşə bayramları münasibətilə təbrik etdi.

 Sonra bildirildi ki, ötən  ilin yekunlarına görə “PAŞA Həyat Sığorta” kapitalının səviyyəsinə və biznes göstəricilərinə görə Azərbaycanın həyat sığortası bazarında liderliyə nail olub.

Əldə edilən uğurlar cari ildə daha da möhkəmləndirilməkdədir. 2014-cü ilin əvvəlində cəmiyyətin nizamnamə kapitalı əhəmiyyətli dərəcədə, daha dəqiq desək 60 faiz artırılaraq 40,250 milyon manata çatdırılmış, biznesin genişləndirilməsi tədbirləri həyata keçirilmişdir.

Yanvar-iyun dövrü üzrə cəmiyyətin sığorta yığımları ötən ilin eyni dövrü ilə müqayisədə 35,5 faiz artaraq 19,907 milyon manata çatmışdır. Hesabat dövründə sığorta haqları həyatın ölüm halından sığortası növü üzrə 6,122 milyon manat (ötən ilin müvafiq dövrü ilə müqayisədə artım 5,2 dəfə), həyatın yaşam (yığım) sığortası növü üzrə 7,228 milyon manat (artım 0,9 faiz), sağalmaz xəstəliklərdən sığorta növü üzrə 0,085 milyon manat (artım 30,3 faiz), istehsalatda icbari sığorta növü üzrə isə 8,472 milyon manat (artım 9,7 faiz) təşkil etmişdir.

Baş vermiş sığorta hadisələri üzrə cari ilin yanvar-iyun dövrü üzrə verilən sığorta ödənişləri əvvəlki dövrlə müqayisədə 2,7 dəfə artaraq 1,189 milyon manata yüksəlmişdir.

Hazırda “PAŞA Həyat Sığorta” hərtərəfli və dinamik inkişafın təmin edilməsi məqsədilə 4 iri layihə həyata keçirir. Bunlardan biznes proseslərin və əməliyyatların tam avtomatlaşdırılması məqsədilə vahid İT platforması üzərində proqram təminatı hazırlanır; cəmiyyət peşəkar marketinq qurumu vasitəsilə sığorta bazarında ilk dəfə olaraq həyat sığortası bazarının araşdırılmasını aparır. Bazar araşdırmalarında məqsəd bazarın seqmentlərini təhlil etmək, nəticədə ehtiyac duyulan və daha münasib yeni sığorta məhsulları hazırlayıb müştərilərə təklif etməkdir; sığorta bazarında ilk dəfə olaraq müasir tələblərə müvafiq peşəkar fəaliyyət göstərən Çağrı Mərkəzinin yaradılması üzrə işlər aparılır; cəmiyyətdə kadr hazırlığının, kadrların inkişafının,  təlim və seminarların aparılması proseslərinin sistemləşdirilməsi üzrə tədbirlər həyata keçirilir.

Qeyd olundu ki, “PAŞA Həyat Sığorta” ASC-də həyat sığortası bazarında ilk dəfə olaraq risklərin idarə edilməsi sistemi yaradılmış və fəaliyyət göstərir. Bundan başqa “PAŞA Həyat” İcbari Sığorta Bürosunun ilk həyat sığortası iştirakçısıdır.

Sığorta risklərinin etibarlı təkrarsığortası sahəsində “PAŞA Həyat” yüksək reytinqli aparıcı beynəlxalq təkrarsığorta şirkətləri ilə də uğurlu əməkdaşlıq edir.

2013-cü ilin yekunlarına görə, “PAŞA Həyat Sığorta” şirkəti Rumıniyanın “XPRIMM Insurance Report” beynəlxalq sığorta jurnalı tərəfindən “Ən mənfəətli həyat sığortası şirkəti” nominasiyası üzrə xüsusi beynəlxalq mükafata layiq görülüb.

2014-cü ildə “PAŞA Həyat Sığorta” ASC “Azərbaycanın mədəni irsinin təbliğində xidmətlərə görə” nominasiyası üzrə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin “Milli irs” mükafatı ilə təltif edilmişdir.

 

Qabil YUSİFOĞLU,

 “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında