Binəqədidə cari ilin altı ayının yekunları müzakirə olunmuşdur

Binəqədi Rayon İcra Hakimiyyətində 2014-cü ilin birinci yarısının  sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.

Tədbir ulu öndər Heydər Əliyevin Yeni Azərbaycan Partiyası rayon təşkilatının inzibati binası qarşısındakı abidəsinin önünə güllərin qoyulması və ümummilli liderin xatirəsinin ehtiramla yad edilməsi ilə başlanmışdır.

İclasda Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov giriş nitqi söyləmiş, gündəlikdə duran məsələləri elan etmişdir. Başçı Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısının nitqindən irəli gələn vəzifələrin icrası, cari ilin altı ayında rayonda görülən işlər və qarşıda duran vəzifələr barədə danışmışdır.

Xaləddin İsgəndərov bildirmişdir ki, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan inkişaf strategiyasını müasir dövrün tələblərinə uyğun zənginləşdirən Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasət nəticəsində cari ilin birinci yarısında da  ölkənin hərtərəfli tərəqqisi ilə yadda qalmışdır.

Hesabat dövründə Binəqədi rayonunda yeni iş yerlərinin və müəssisələrin yaradılmasına, kommunal xidmət və sosial infrastruktur təminatının həcminin və keyfiyyətinin artmasına, rayona daha çox investisiya qoyulmasına, əhalinin məşğulluq səviyyəsinin və maddi rifahının yüksəlməsinə nail olunduğu diqqətə çatdırılmışdır.

Cari ilin ilk altı ayında ölkəmizin makroiqtisadi göstəricilərinin müsbət dinamik templə inkişaf etdiyini vurğulayan başçı bu dövrdə Binəqədi rayonunda da sosial-iqtisadi şəraitin daha da  yaxşılaşdığını, əksər makroiqtisadi göstəricilərdə artım müşahidə olunduğunu diqqətə çatdırmışdır.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsal İsmayılov iclasda hesabat məruzəsi ilə çıxış etmişdir. Binəqədi rayonunun sosial-iqtisadi həyatında 2014-cü ilin yanvar- iyun ayları ərzində görülən işlərin yekunu olaraq bir sıra nəticələrin əldə olunduğuna diqqət çəkən V.İsmayılov hesabat dövründə  86 milyon 360 min manatlıq və ya keçən ilin müvafiq dövründən 30,8 faiz çox sənaye məhsulu istehsal edildiyini, sənaye müəssisələrində 6853 nəfərin çalışdığını diqqətə çatdırmışdır. Natiq sənaye müəssisələrində orta aylıq əmək haqqının 491,9 manat və ya əvvəlki ilin  müvafiq dövründən  2,6 faiz çox olduğunu, iqtisadi və sosial sahələrin inkişafı üçün maliyyə mənbələrindən əsas kapitala yönəldilən 87 milyon 438 min manat məbləğində investisiyanın 79 milyon 132 min  manatının tikinti-quraşdırma işlərinə sərf edildiyini diqqətə çatdırmışdır.

Hesabat iclası Binəqədi Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Yusif Xəlilovun və “Təmiz Binəqədi” sosial layihəsi barədə ətraflı məlumat verən rayonun fəal gənci Bəhruz Hüseynzadənin çıxışları ilə davam etmişdir.

Şura qərarının oxunuşundan sonra müzakirələrə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov yekun vurmuşdur.

 

Vaqif BAYRAMOV,

 “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında