Büdcə gəlirləri yeni modellə proqnozlaşdırılacaqdır

Avqustun 31-də Maliyyə Nazirliyi və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) "Dövlət büdcəsi gəlirlərinin proqnozlaşdırılmasında modelləşmə" mövzusunda birgə təqdimat keçirmişlər.
Maliyyə nazirinin müavini Azər Bayramov bildirmişdir ki, bu layihə USAİD-lə Azərbaycan Hökuməti arasında imzalanmış Anlaşma Memorandumunun şərtləri çərçivəsində reallaşmışdır. Yeni modelləşmə üç ssenari üzrə hazırlanmışdır, lakin onun yalnız birindən istifadə olunacaqdır.
Daha sonra layihənin müəllifi, Türkiyənin Yeditəpə Universitetinin professoru Səlcuk Caner layihənin təqdimatını etmişdir. Təqdimatda "Vergi sisteminin rasionallaşdırılmasında son meyllər", "Müqayisəli vergi siyasəti və iqtisadi inkişafda vergitutmanın rolu", "Azərbaycanda gəlirlərin proqnozlaşdırılması ilə əlaqədar məsələlər", "Azərbaycanın vergi gəlirlərinin təhlili" mövzuları diqqətə çatdırılmışdır.
Tədbirdə Azərbaycan üçün ekonometrik modellərin hazırlanması və proqnozların hesablanması, gəlirlərin proqnozlaşdırılması modelinin əhəmiyyəti və sair mövzularda müzakirələr aparılmışdır.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında