Qazaxıstan Azərbaycan ilə ticarət dövriyyəsini artırmaq niyyətindədir

Avqustun 30-da Qazaxıstanın Azərbaycandakı səfiri Serik Primbetov ölkəsinin Konstitusiyasının 15 illiyinə həsr olunmuş mətbuat konfransı keçirmişdir.
Diplomat 15 il ərzində Qazaxıstanın qazandığı uğurlardan danışmışdır. Bildirilmişdir ki, bu müddət ərzində Qazaxıstanda adambaşına düşən ümumi daxili məhsulun həcmi 700 dollardan 8000 dollara çatmış, 400 mindən çox yeni iş yeri açılmışdır.
Səfir, həmçinin qeyd etmişdir ki, avqustun 29-da ilk dəfə olaraq Qazaxıstanın təşəbbüsü ilə Nüvə Sınaqlarına Qarşı Beynəlxalq Mübarizə Günü qeyd olunmuşdur. Bundan əlavə, Qazaxıstan BMT-də "Nüvəsiz dünya" haqqında qətnamənin qəbul edilməsi təşəbbüsü ilə çıxış etmişdir. BMT-nin baş katibi Pan Gi Mun cari ilin aprelində Qazaxıstanda səfərdə olarkən Semipalatinsk nüvə poliqonunun bağlanması qərarını alqışlamışdır.
Enerji resurslarının nəqlinə dair Azərbaycan ilə Qazaxıstan arasında birgə layihələrinə dair sualı cavablandıran diplomat Transxəzər boru kəməri sistemi layihəsini xatırladaraq bildirmişdir ki, "Kaşağan" yatağı işə düşdükdən sonra 2012-ci ilin sonu, 2013-cü ilin əvvəllərində bu sistem fəaliyyətə başlayacaqdır. Biz bu məsələ ilə bağlı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə işləyirik, ölkələrimiz arasında sazişlər imzalanmışdır.
Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsinə toxunan S.Primbetov qeyd etmişdir ki, 2008-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 465 milyon dollar təşkil etdiyi halda, 2009-cu ildə qlobal iqtisadi böhranın təsiri nəticəsində iki dəfə azalaraq 236 milyon dollar olmuşdur. Bu il göstəricilər yaxşılaşmışdır və ölkələrimiz arasında ticarət dövriyyəsi yalnız cari ilin altı ayında 200 milyon dollar təşkil etmişdir. Biz ümid edirik ki, bu ilin sonunadək Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi ən azı 2008-ci ilin səviyyəsinə çatacaqdır.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında