Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisində işlərin gedişi qənaətbəxşdir

Azərbaycan Respublikasının nəqliyyat naziri Ziya Məmmədov və Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev avqustun 30-da Gürcüstana səfər etmişlər.
Səfər ulu öndər Heydər Əliyevin Tbilisi şəhərindəki büstünün ziyarət olunması ilə başlanmışdır.
Sonra qonaqlar Gürcüstanın Baş naziri Nikoloz Gilauri ilə görüşmüşlər. Energetika naziri Aleksandr Xetaqurinin də iştirak etdiyi görüşdən sonra Ziya Məmmədov jurnalistlərə bildirmişdir ki, Baş nazirlə son vaxtlar yük daşınmalarında yol verilən geriliyi müzakirə etdik və qərara aldıq ki, sabah Gürcüstana gələcək Qazaxıstanın nəqliyyat və energetika nazirləri ilə həmin məsələyə yenidən qayıdaq, onun həlli yollarını müəyyənləşdirək. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisinin gedişi ilə əlaqədar Ziya Məmmədov vurğulamışdır ki, inşaat işlərinin gedişi qənaətbəxşdir. Gürcüstan-Türkiyə sərhədində 4 kilometrlik tuneldə iş sürətlə aparılır. Nazir vurğulamışdır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tikintinin yüksək sürətlə aparılmasına böyük əhəmiyyət verir və biz Prezidentin göstərişlərinin tam yerinə yetirilməsi üçün bütün imkanlardan istifadə etməyə çalışırıq. Dəmir yolu çəkilişində işlərin gedişi onun vaxtında, 2011-ci ilin sonunadək tam başa çatacağını söyləməyə əsas verir.
Z.Məmmədov və R.Abdullayev Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyət Muzeyinin yenidən qurulması layihəsinin təqdimat mərasimində iştirak etmişlər.
Sonra Azərbaycan Respublikasının nəqliyyat naziri Ziya Məmmədov Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan sahəsində işin gedişi ilə tanış olmuşdur.
ARDNŞ-in prezidenti Rövnəq Abdullayev isə Kvemo Kartli-Borçalı bölgəsinin Marneuli rayonundakı Qızılhacılı kəndində SOCAR-ın yeni yanacaqdoldurma stansiyasının açılışında və Marneuli şəhərindəki "Çay evi" layihəsinin təqdimat mərasimlərində iştirak etmişdir.{nl}

İslam ƏLİYEV AzərTAc-ın xüsusi müxbiri
Tbilisi

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında