Naxçıvanda kənd təsərrüfatı məhsullarının satış yarmarkaları davam etdirilir

Naxçıvanda kənd təsərrüfatı məhsullarının yarmarkası davam edir.
Muxtar Respublika Ali Məclisinin sədri Vasif Talıbov Mərkəzi bazarda təşkil olunmuş yarmarkaya gəlmiş, burada alıcılar və məhsul istehsalçıları üçün yaradılan şəraitlə maraqlanmışdır.
Ali Məclisin sədrinə məlumat verilmişdir ki, yarmarkada torpaq mülkiyyətçiləri və sahibkarlar üçün ərazisi 737 kvadratmetr olan 228 satış yeri ayrılmışdır. Kənd əməkçiləri heç bir rüsum ödəmədən öz məhsullarını sata bilirlər. Yaradılan nümunəvi şəraitin nəticəsidir ki, muxtar respublikanın bütün bölgələrindən torpaq mülkiyyətçiləri, sahibkarlar istehsal etdikləri müxtəlif kənd təsərrüfatı və sənaye məhsullarını yarmarkaya gətirirlər.
Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın ən mühüm sahələrindən biri kənd təsərrüfatıdır. Burada əhalinin 70 faizi kənd yerlərində yaşayır. Ona görə də aqrar sahənin inkişafına xüsusi diqqət və qayğı göstərilir. Ali Məclis sədrinin 2008-ci il 17 sentyabr tarixli sərəncamı ilə təsdiq edilmiş "2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" kənd təsərrüfatının inkişafına geniş imkanlar açmışdır. Yarmarkaya çıxarılan kənd təsərrüfatı məhsullarının çeşidi bölgədə aqrar sektorun inkişafından xəbər verir.
Satış yarmarkasında "Cahan" Holdinqin, "Ləzzət Qida Sənaye", Babək "Şərab -2 Yeddilər ASK", "Prestij Naxçıvan Pivəsi", "Gəmiqaya Qida Məhsulları Sənaye Kompleksi", "Gəmiqaya Mineral Sular", "Çınqıllı bulaq", "Vəfa" məhdud məsuliyyətli cəmiyyətlərinin, Babək "Sirab", Naxçıvan "Xalça", Naxçıvan "Nursu", "Ordubad Quşçuluq" açıq səhmdar cəmiyyətlərinin, "Azərsun" Holdinqin, "Pircuvar" Kooperativinin yüksək keyfiyyətli məhsullarına alıcılar böyük maraq göstərmişlər.
Məhsullar bazardakından 18-20 faiz ucuz satılmışdır.
Vasif Talıbov yarmarkaların davam etdirilməsi, kənd təsərrüfatı və sənaye məhsullarının keyfiyyətinə bundan sonra da ciddi diqqət yetirilməsi barədə tapşırıqlar vermişdir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında