2014-cü ilin birinci rübündə ölkə iqtisadiyyatına 3,6 milyard ABŞ dolları həcmində xarici investisiya yönəldilmişdir

2014-cü ilin birinci rübündə ölkə iqtisadiyyatına 3,6 milyard ABŞ dolları həcmində və ya əvvəlki ilin eyni dövründəkindən 25,1 faiz çox xarici investisiyalar yönəldilmişdir. İnvestisiyaların 14,5 faizi iqtisadiyyata maliyyə kreditləri, 53  faizi birbaşa, 32,5 faizi isə portfel və digər investisiyalar şəklində daxil olmuşdur.

Birbaşa investisiyaların həcmi 1,9 milyard dollar təşkil edərək 2013-cü ilin eyni dövrü ilə müqayisədə 34,6 faiz artmış, onun 1,6 milyard dolları və ya 86,3 faizi iqtisadiyyatın neft-qaz sektoruna yönəldilmişdir.

Bu dövrdə ölkə rezidentlərinə 521,3 milyon ABŞ dolları ekvivalentində və ya əvvəlki ildəkindən 3,1 faiz çox xarici kreditlər təqdim edilmişdir.

Yanvar-may aylarında əhalinin gəlirləri

2014-cü ilin yanvar-may aylarında əhalinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,4 faiz artaraq 15 milyard manata çatmış, onun hər nəfərə düşən həcmi 1603,9 manat və ya ayda orta hesabla 320,8 manat təşkil etmişdir. Əhalinin hər nəfərinə düşən gəlirlərin artımı istehlak qiymətlərinin bahalaşmasını 1,4 faiz bəndi üstələyərək 3,1 faiz olmuşdur.

Bu dövr ərzində gəlirlərin 70,3 faizi son istehlaka, 9 faizi vergilər, sosial sığorta və üzvlük haqlarının, 2,5 faizi kreditlər üzrə faizlərin ödənilməsinə, 18,2 faizi isə əmanətlərin və kapitalın artırılmasına yönəldilmişdir.

Əhalinin sərəncamında qalan gəlir 13,7 milyard manat təşkil edərək əvvəlki ildəkinə nisbətən 4,6 faiz artmışdır.

2014-cü ilin yanvar-may aylarında ümumi daxili məhsul istehsalı 2,8 faiz artmışdır

2014-cü ilin yanvar-may ayları ərzində ölkədə istehsal edilmiş ümumi daxili məhsulun həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,8 faiz artaraq 23,4 milyard manata çatmış, onun əhalinin hər nəfərinə düşən həcmi 1,4 faiz artaraq 2499,8 manat (3187,4 ABŞ dolları) təşkil etmişdir.

Qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8,3 faiz artmış, onun ÜDM-də xüsusi çəkisi əvvəlki ildəki 53,7 faizdən 55,4 faizədək yüksəlmişdir.

ÜDM-in 61,2 faizi istehsal sahələrində, o cümlədən 47 faizi sənayedə, 11,5 faizi tikintidə, 2,7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda istehsal olunmuş, 31,7 faizi isə xidmət sahələrinin payına düşmüşdür.

Xidmət sektorunda əlavə dəyər istehsalının 25,2 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 17,8 faizi nəqliyyat və anbar təsərrüfatı, 7 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 5,2 faizi informasiya və rabitə xidmətləri göstərən sahələr, 44,8 faizi isə sosial və digər xidmət sahələri tərəfindən təmin edilmişdir.

Məhsula və idxala xalis vergilər ÜDM-in 7,1 faizini təşkil etmişdir.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında