Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələri sahəsində həyata keçirilən layihələr yüksək qiymətləndirilir

Avropa İttifaqı Azərbaycanda son illər alternativ və bərpa olunan enerji mənbələri sahəsində həyata keçirilən layihələri yüksək qiymətləndir.

Bunu Avropa İttifaqının (Aİ) layihə meneceri Maqro Qomez Migel iyunun 19-da Azərbaycan Respublikası Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyində “Alternativ və bərpa olunan enerji mənbələrində istifadənin və enerjidən səmərəli istifadənin təkmilləşdirilməsinin maliyyə stimulları” mövzusunda keçirilən seminarda çıxışı zamanı demişdir.

AzərTAc xəbər verir ki, agentliyin aparat rəhbərinin müavini Cəmil Məlikov seminar iştirakçılarına Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadənin mövcud vəziyyəti və perspektivləri barədə məlumat vermişdir. Qeyd edilmişdir ki, qurumun məqsədi ölkədə bərpa olunan və alternativ enerjinin inkişafı üçün istiqamət və nümunə rolunu oynayacaq həll yollarının yaradılması və inteqrasiyasına təkan verməkdir. Hazırda Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzində alternativ və bərpa olunan enerji mənbələri hesabına alınan enerjinin Qobustan şəhərinin enerji təchizatının “ağıllı şəbəkə” vasitəsi ilə həyata keçirilməsi layihəsi uğurla davam etdirilir. Həmçinin Bakının Suraxanı və Pirallahı rayonlarında günəş elektrik stansiyalarının, Siyəzən və Şəki rayonlarında alternativ enerji mənbələri ilə təchiz olunan idman zallarının və Samux rayonunda Aqroenerji yaşayış kompleksinin tikintisi aparılır.

Əsas hədəfin 2020-ci ilədək Azərbaycanda bərpa olunan və alternativ enerji mənbələrinin payının ümumi enerji istehsalının 20 faizinə çatdırmaq olduğunu deyən C.Məlikov bu məqsədlə yeni külək elektrik stansiyalarının, hibrid tipli (günəş, külək, bioqaz) istilik və elektrik stansiyalarının inşa ediləcəyini bildirmişdir.

Avropa İttifaqının (Aİ) layihə meneceri Maqro Qomez Migel çıxışında təmsil etdiyi qurumun Azərbaycanda son illər alternativ və bərpa olunan enerji mənbələri sahəsində həyata keçirilən layihələri yüksək qiymətləndirdiyini vurğulamışdır. Diqqətə çatdırılmışdır ki, artıq Avropada, eləcə də dünyada ənənəvi enerji mənbələrinin sayı azalmaqdadır. Hazırda alternativ və bərpa olunan enerji mənbələrinə maraq artır ki, bu da enerjinin daha səmərəli və davamlı olmasına şərait yaradır.

Aİ-nin bu sahədə görülən işləri hər zaman dəstəklədiyini deyən layihə meneceri təmsil etdiyi qurumun ölkəmizdə həyata keçirilən layihələri haqqında ətraflı məlumat vermişdir.

Digər çıxış edənlər alternativ və bərpa olunan enerji mənbələrindən və enerjidən səmərəli istifadənin təkmilləşdirilməsinin maliyyə stimullarının hazırlanması istiqamətində görülən işlər barədə söhbət açmışlar.

Sonda mövzu ətrafında müzakirələr aparılmışdır.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında