Kənd təsərrüfatı məhsulları istehsalçılarına verilən dövlət yardımları üzrə Respublika Komissiyası qərar qəbul etmişdir

Kənd təsərrüfatı məhsulları istehsalçılarına verilən dövlət yardımları üzrə Respublika Komissiyası buğda və çəltik əkininə görə 2013-cü il 1 dekabr tarixinə 58 rayon (şəhər) komissiyası üzrə daxil olmuş sənədlərə baxaraq 149 min 849 istehsalçıya çatacaq 20 milyon 153 min 483 manat məbləğində yardımın ayrılması barədə qərar qəbul etmişdir.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, respublikanın hər bir rayon və kəndləri üzrə istehsalçıların siyahısı,  əkin sahələri və ayrı-ayrılıqda hər bir istehsalçıya ayrılmış subsidiyanın məbləği barədə məlumatlar nazirliyin rəsmi saytının (www.agro.gov.az) “Subsidiyalar” bölməsində yerləşdirilmişdir.

İctimai nəzarəti gücləndirmək, şəffaflığı və hesabatlılığı təmin etmək, eləcə də ayrılmış dövlət vəsaitlərindən səmərəli istifadə olunmasını təmin etmək məqsədilə kənd təsərrüfatı məhsulları istehsalçılarından, qeyri-hökumət təşkilatlarından və digər maraqlı tərəflərdən dövlət yardımları ilə bağlı qarşılaşdıqları mənfi  hallar barədə məlumatı Kənd Təsərrüfatı Nazirliyinin “Qaynar xətti”nə (1652) bildirməklə yaxud [email protected]   elektron poçtuna ünvanlamaqla bizə yardımçı olmaları xahiş edilir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında