Azərbaycan ilə Uruqvay arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında saziş imzalanmışdır

Uruqvay Şərq Respublikası Milli Gömrük İdarəsinin baş direktoru, Dünya Gömrük Təşkilatının Latın Amerikası regionu üzrə sədrinin müavini Enrike Kanon Pedraqosanın dəvəti ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, Dünya Gömrük Təşkilatının Avropa regionu üzrə sədrinin müavini Aydın Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti bu ölkədə rəsmi səfərdə olmuşdur.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən bildirmişlər ki, səfər çərçivəsində iki ölkənin gömrük rəhbərləri arasında keçirilmiş görüşdə gömrük sahəsində əməkdaşlığın inkişafı və təcrübə mübadiləsinin reallaşdırılması ətrafında fikir mübadiləsi aparılmışdır.

Azərbaycan nümayəndə heyəti Uruqvay Gömrüyünün əməliyyat xidməti ilə tanış olmuşdur.

Sonra Uruqvay Şərq Respublikasının Xarici İşlər Nazirliyinin (XİN) binasında “Azərbaycan Respublikası Hökuməti və Uruqvay Şərq Respublikasının Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında saziş”in imzalanması mərasimi keçirilmişdir.

 Mərasimdə Uruqvay XİN-in və digər dövlət qurumlarının rəsmiləri iştirak etmişlər.

Səfər çərçivəsində Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Uruqvay Şərq Respublikası Parlamentinin Nümayəndələr Palatasının sədri Anibal Pereyra, Uruqvay-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri, ölkənin iqtisadiyyat və maliyyə naziri Mario Berqara, kənd təsərrüfatı, heyvandarlıq və balıqçılıq naziri Tabare Aquerre ilə də görüşlər keçirərək iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi ətrafında müzakirələr aparmışdır.

Azərbaycanın Uruqvay Şərq Respublikasında yenicə fəaliyyətə başlamış diplomatik missiyası adından təşkil olunmuş ziyafətdə müxtəlif dövlət qurumlarının rəhbər vəzifəli şəxsləri, Uruqvay Senatının və Nümayəndələr Palatasının üzvləri, siyasi partiyaların rəhbərləri, aparıcı siyasətçilər iştirak etmişlər.

Səfər çərçivəsində Azərbaycan mədəniyyətinin təbliği məqsədilə də bir sıra tədbirlər, o cümlədən Montevideo şəhərində, məşhur “KIBON Avanza” tədbirlər mərkəzində “Gömrük mədəni irsin keşiyində” adlı sərgi, Azərbaycan incəsənət ustalarının iştirakı ilə geniş konsert proqramı təşkil edilmişdir.

Tədbirin açılış mərasimində Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev, Azərbaycanın Argentinadakı səfiri Məmməd Əhmədzadə, Uruqvay Şərq Respublikası Milli Gömrük İdarəsinin baş direktoru Enrike Kanon Pedraqosa çıxış etmişlər.

Mərasimdə Uruqvayın tanınmış simaları, yüksək dövlət rəsmiləri, o cümlədən sabiq prezident Luis Alberto Lacalle, Nümayəndələr Palatasının sədri Anibal Pereyra, parlamentin üzvləri, diplomatik korpusun, mədəniyyət, akademik, işgüzar çevrələrin nümayəndələri olan 400-ə yaxın şəxs iştirak etmişdir.

Səfər çərçivəsində Aydın Əliyevin Uruqvay Milli Kitabxanasının direktoru, tanınmış yazıçı Karlos Liskano ilə görüşündə kitabxanaya Azərbaycan haqqında kitablar təqdim edilmişdir.

Nümayəndə heyəti Uruqvay İncəsənət Tarixi Muzeyini də ziyarət edərək muzeyə Azərbaycan xalçası və rəsm əsəri bağışlamışdır.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında