Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci illik toplantısının Bakıda keçirilməsi üzrə Təşkilat Komitəsinin Nazirlər Kabinetində iclası keçirilmişdir

Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 48-ci illik toplantısının 2015-ci il mayın 2-dən 5-dək Bakı  şəhərində keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 22 may tarixli Sərəncamı ilə yaradılan Təşkilat Komitəsinin iyunun 12-də Nazirlər Kabinetində iclası keçirilmişdir.

Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirmişlər ki, iclasa Baş nazirin birinci müavini, Təşkilat Komitəsinin sədri Yaqub Eyyubov rəhbərlik etmişdir.

İclasda maliyyə naziri, Azərbaycan Respublikasından Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının üzvü Samir Şərifov Təşkilat Komitəsinin üzvlərinə AİB, bank ilə Azərbaycan Respublikasının münasibətləri, AİB-in Rəhbərlər Şurasının illik toplantıları, bu toplantıların iştirakçıları və əsas tədbirlərinə dair məlumat vermiş, illik toplantı tədbirlərinin keçirilməsində təşkilati məsələlərə dair əsas tələbləri iştirakçıların diqqətinə çatdırmışdır.

AİB Rəhbərlər Şurasının 48-ci illik toplantısının yüksək səviyyədə keçirilməsini təmin etmək üçün aidiyyəti nazirlik və təşkilatların vəzifələri müzakirə olunaraq, müvafiq tapşırıqlar verilmişdir.

Azərbaycan Respublikası 1999-cu ildən AİB-in üzvüdür. AİB Rəhbərlər Şurasının 48-ci illik toplantısının 2015-ci il mayın 2-dən 5-dək Bakıda keçirilməsi barədə qərar bankın Rəhbərlər Şurasının 45-ci illik toplantısında qəbul edilmişdir.

Bununla əlaqədar olaraq, 2013-cü il fevralın 19-da “Azərbaycan Respublikası Hökuməti və Asiya İnkişaf Bankı arasında Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci illik toplantısı ilə bağlı Anlaşma Memorandumu” imzalanmışdır.

1966-cı ildə yaradılmış, hazırda 67 üzvü olan və əsas vəzifəsi üzv ölkələrin inkişafında onlara yardım etməklə əhalinin həyat səviyyəsini yaxşılaşdırmaqdan ibarət olan AİB Rəhbərlər Şurasının illik toplantısının Bakı şəhərində keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisi olmaqla yanaşı, ölkəmizin Asiya və Sakit okean regionunda yerləşən dövlətlərlə əməkdaşlığının genişlənməsinə böyük təkan verəcəkdir.

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında