Əmtəə bazarı genişlənir

Azərbaycan   Respublikasının Dövlət  Statistika  Komitəsi   bildirir  ki,  2014- cü  ilin yanvar- may  aylarında   istehlak  olunması  məqsədilə pərakəndə ticarət  subyektlərində   istehlakçılara  8,3   milyard  manatlıq  və  ya 2013-cü  ilin  müvafiq   dövrü ilə müqayisədə   8,8  faiz  çox   əmtəə satılmışdır.  İstehlak  mallarının  51,3  faizini  qida  məhsulları, içkilər  və  tütün məmulatları,  48,7  faizini   qeyri-ərzaq  malları  təşkil etmiş,  qeyri-ərzaq   məhsullrının  xüsusi  çəkisi  3,7   faiz   bəndi artmışdır.

Cari  ilin  beş  ayında   elektron   pərakəndə  ticarət   dövriyyəsinin  həcmi   ötən  ilin  yanvar- may   aylarına  nisbətən   20,6   faiz  artaraq 1,1 milyon  manat   təşkil  etmişdir.  Əhali  real  vaxt   rejimində    sifariş verdikləri    istehlak   mallarının   79,7   faizini   hüquqi,   20,3   faizini  fərdi   sahibkarların   icarət   şəbəkələrindən   almışdır.  Elektron  ticarət  dövriyyəsinin   90,8   faizini  qeyri-ərzaq  malları   təşkil   etmişdir.

        

Samirə  ƏLİYEVA, “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında