İlk 5 ayda Azərbaycanda 18 milyon tona yaxın neft hasil edilmişdir

2014-cü ilin yanvar-may aylarında Azərbaycanda 17,7 milyon ton neft və qaz-kondensat hasil olunmuşdur.

 2013-cü ilin müvafiq dövründə bu göstərici 18,12 milyon ton təşkil etmişdir. Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən bildirmişlər.

2013-cü ildə Azərbaycanda cəmi 43,1 milyon ton neft və qaz-kondensat hasil olunmuşdur. 2012-ci ildə bu rəqəm 42,98 milyon ton olmuşdur.

Ötən il neft hasilatının əsas həcmi “Azəri-Çıraq-Günəşli” neft-qaz yataqları blokunun və “Şahdəniz” qaz-kondensat yatağının payına düşmüşdür.

Yanvar-may aylarında ölkədə 7,6 milyard kubmetr əmtəəlik qaz hasil olunmuşdur. Ötən ilin müvafiq dövründə bu göstərici təqribən 7,4 milyard kubmetr təşkil etmişdir.

2013-cü ildə Azərbaycanda 17,9 milyard kubmetr əmtəəlik qaz hasil olunmuş, 2012-ci ildə isə bu rəqəm 17,24 milyard kubmetr təşkil etmişdir.

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında