Azərbaycan və Pakistan arasında miqrasiya sahəsində əməkdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə olunmuşdur

İyunun 11-də Dövlət Miqrasiya Xidmətində (DMX) Pakistan İslam Respublikasının Azərbaycandakı səfiri ilə görüş olmuşdur.

DMX-nin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə DMX-nin rəisi Firudin Nəbiyev əvvəlcə Azərbaycan ilə Pakistan arasında dostluq münasibətlərinə toxunmuşdur. Xidmət rəisi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli istiqamətində Pakistanın hər zaman ölkəmizin haqq işini dəstəkləməsini minnətdarlıq hissi ilə qeyd etmişdir. 

F.Nəbiyev Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bütün sahələrdə əldə olunmuş nailiyyətlərin, sosial-iqtisadi tərəqqinin, sabitliyin, təhlükəsizliyin ölkəmizi əcnəbilər üçün daha da cəlbedici etdiyini demişdir. DMX-nın rəisi Azərbaycana səfər edənlər arasında Pakistan vətəndaşlarının da üstünlük təşkil etməsini xüsusi vurğulamışdır. Bu, Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra ölkələrimiz arasında əməkdaşlığa verilən böyük önəmin nümunəsi kimi qiymətləndirilmişdir.

Xidmət rəisi Azərbaycan Respublikası Miqrasiya Məcəlləsində əksini tapmış müvafiq prosedurların - əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı, ölkə ərazisində yaşamalarının əsasları və müddətləri, iş icazələrinin verilməsi, eləcə də nəzərdə tutulmuş digər müvafiq normaların tətbiqinin sadələşdirilməsindən söhbət açmışdır.

Səfir İnayatullah Kakar səmimi görüşə görə təşəkkürünü bildirmiş, son illər Azərbaycanda gedən quruculuq işlərindən söhbət açmış, ölkəsinin vətəndaşlarının respublikamıza artan marağından danışmışdır.

Görüşdə Azərbaycana səfər edən Pakistan vətəndaşları ilə bağlı məsələlər, həmçinin gələcəkdə iki ölkə arasında miqrasiya sahəsində əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılmışdır.

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında