SOCAR-AQŞ XXI Beynəlxalq Xəzər neft, qaz, neftayırma və neft kimyası sərgi və konfransında iştirak etmişdir

  “Əsrin müqaviləsi”nin 20-ci ildönümünə təsadüf edən Bakıda Xəzəryanı regionun enerji sektorunun ən böyük tədbiri - XXI Beynəlxalq Xəzər neft,  qaz, neftayırma və neft kimyası  sərgisi keçirilmişdir. Artıq 4-cü ildir ki, SOCAR-AQŞ ölkənin neft-qaz sektorunda fəaliyyət göstərən digər əsas iştirakçılar kimi Xəzər beynəlxalq neft və qaz sərgisində iştirak edərək  qazma sahəsində əldə etdiyi uğur və nailiyyətləri tərəfdaşları ilə bölüşür.

 Bu il SOCAR-AQŞ  sərginin “Alıcı ilə tanış olun”  pavilyonunda maraqlı təqdimat guşəsi ilə təmsil olunmuşdu. Belə ki, müəssisənin təklif etdiyi xidmətlər, əməliyyatlara dair texniki və iqtisadi göstəricilər maraqla izlənilmişdir. Xüsusi ilə də milli müəssisə olaraq ilk  dəfə horizontal quyuları Günəşli yatağının dayazsulu hissəsində qazmaqla Azərbaycan neft sənayesinə böyük töhfə vermiş SOCAR-AQŞ-nin bu yeniliyi sərgi iştirakçılarında böyük təəssürat yaratmışdır.

 Dörd gün davam edən sərginin işgüzar proqramına həmçinin iki günlük konfrans da daxil edilmişdi. Konfransın ikinci günündə çıxış edən SOCAR-AQŞ-nin baş direktoru Ramin İsayev Azərbaycanın dünya neft sənayesinə verdiyi töhfələrə toxunaraq bu kimi tədbirlərin Bakıda keçirilməsi zərurətini qeyd etmişdir. O, “Günəşli” yatağının dayazsulu hissəsində müasir texnika, yeni texnologiya, standartlar və yanaşma tətbiq etməklə qazma sahəsində əldə edilən uğurlardan geniş söhbət açmışdır. Xəzərin Azərbaycan sektorunda horizontal quyuların qazılması sahəsində ilk  milli  qazma müəssisəsi olaraq əldə edilən uğurlar barədə danışaraq beynəlxalq neft sənayesi müəssisələrini əməkdaşlığa dəvət etmişdir. Xəzər hövzəsinin zəngin karbohidrogen ehtiyyatları barədə məruzə edən  R. İsayev  köhnə yataqların məhsuldarlığını yüksəltməyə və yeni yataqları işləməyə imkan verən müasir texnologiyalar və iş üsullarının işlənib hazırlanması və tətbiqi sahəsində potensial tərəfdaşları birgə fəaliyyət göstərməyə çağırmışdır.

Qeyd edək ki, SOCAR-AQŞ  XXI Xəzər Beynəlxalq Neft və Qaz konfransının əsas sponsorlarından biridir.

 

Sənubər NƏZƏROVA,

SOCAR-AQŞ-nin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında