Ceyranbatan sutəmizləyici qurğusunun tikintisi yekunlaşır

Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində icra edilən ən böyük layihələrdən biri – Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğusunun inşası yekunlaşmaq üzrədir. Təməli 2011-ci il sentyabrın 8-də Prezident İlham Əliyev tərəfindən qoyulmuş qurğu Bakı şəhəri və Abşeron yarımadasının yaşayış məntəqələrinin fasiləsiz və yüksək keyfiyyətli içməli su ilə təminatına öz töhfəsini verəcəkdir.

Layihəyə uyğun olaraq ultrasüzgəc binası, binanın daxili texnoloji xətlər, subölüşdürücü kamera, xam su anbarı tikilərək istismara tam hazır vəziyyətə gətirilib. Ceyranbatan gölündən xam su anbarına suyu ötürəcək sugötürücü qurğunun, tunel qazma üsulu ilə tikilən suqəbuledici boruların, hazır su anbarının, nasos stansiyasının, sərfölçən qurğuların tikintisi isə son mərhələdədir. Bu işlərlə paralel ultrasüzgəc binasında membran süzgəclərin quraşdırılmasına hazırlıq görülür. Bütün bu işlərin cari ilin üçüncü rübü ərzində başa çatdırılıması, sonra   isə  sınaq işlərinin aparılması nəzərdə tutulur. Təsdiq olunmuş layihəyə əsasən, qurğuda 4800 ədəd ən son texnologiyaya əsaslanan membran süzgəc quraşdırılacaq ki, onların da ümumi məhsuldarlığı saniyədə 6 kubmetr və ya sutkada 520 min  kubmetr təşkil edəcək.

Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğuda aparılan işlərlə yanaşı, emal olunacaq suyun istehlakçılara çatdırlması məqsədilə magistral kəmərlərin və anbarların inşası da davam etdirlir. Artıq Hökməli qəsəbəsi ərazisində 20 min kubmetr tutumu olan iki anbardan (“+118 Abşeron”) birinin inşası tam başa çatdırılmış, digərində isə son tamamlama işləri aparılır. Bununla yanaşı, ultrasüzgəcli qurğudan anbarlara qədər 11,2 kilometr uzunluğunda magistral xəttin inşası da yekunlaşıb. Xatırladaq ki, bu layihənin tərkib hissəsi olan Ceyranbatan-Balaxanı-Ramana-Qala magistral xətti və Qala anbarının inşası 2013-cü ildə, bu anbardan Zirə qəsəbəsinə qədər olan kəmərin inşası isə cari ilin əvvəlində başa çatdırılıb. Magistral kəmər boyu Balaxanı və Zirə anbarlarının tikintisi də son mərhələdədir. Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğu, magistral kəmər, anbar və infrastrukturun digər obyektləri istismara buraxıldıqdan sonra Abşeron yarımadasında bir milyon nəfərdən artıq əhali fasiləsiz və keyfiyyətli içməli su ilə təmin ediləcəkdir. Layihəyə əsasən, qurğuda suyun təmizlənməsi prosesi tam avtomatlaşdırılmış rejimdə həyata keçiriləcək, burada emal olunan su “+ 118 Abşeron” anbarına qaldırılmaqla Abşeron yarımadasının bütün yaşayış məntəqələrinə özüaxımlı rejimdə veriləcək.

Ceyranbatan anbarından suyun qəbulu, ilkin təmizlənməsi və emal edilmiş suyun zərərsizləşdirilməsində yeni texnologiyaların tətbiqinə xüsusi diqqət yetirilir. Qurğunun tikintisində Niderland Krallığı, Türkiyə istehsalı olan müasir avadanlıqdan istifadə edilir.

Yeri gəlmişkən, hazırda dünya təcrübəsində az bulanıqlı suların təmizlənməsi üçün iqtisadi cəhətdən səmərəli sayılan yeni ultrasüzgəcli qurğulardan istifadə olunur.  Bu qurğularda suyun təbii mineral tərkibi saxlanılmaqla, daha yaxşı təmizlənməsi, xoşagəlməz iy və dadların tam aradan qaldırılması təmin edilir. Burada emal olunacaq su Dünya Səhiyyə Təşkilatının standartlarına cavab verəcəkdir.

 

Mirbağır YAQUBZADƏ,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında