ARDNŞ və bp Abşeron arxipelaqının dayaz hissəsində geoloji kəşfiyyat aparacaqlar

 ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) və Böyük Britaniyanın bp şirkəti Abşeron arxipelaqının dayaz hissəsində geoloji kəşfiyyat üzrə saziş imzalamışlar. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Bakıda jurnalistlərə ARDNŞ-in geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə açıqlama vermişdir.

Onun sözlərinə görə, əvvəllər həmin sahələrdə işlərin aparılması çətin idi, indi isə müasir avadanlıqlar və texnika mövcuddur: “Biz həmin sahələrdə işlər həyata keçirmək üçün bp şirkəti ilə saziş imzalamışıq, bunun kiçik neft yataqlarını kəşf etməyə imkan verməsi mümkündür”.

Yusifzadənin qeyd etdiyi kimi, ARDNŞ Azərbaycanda quruda neft yataqlarının axtarışı və kəşfiyyatı ilə bağlı bp-nin təklifinə baxmaq niyyətindədir. Hazırda diqqət ölkədə neft yataqlarının açılmasına cəmləşdirilib, çünki qaz yataqlarının kəşfi ehtimalı böyükdür: “Ona görə də biz quruya qayıdırıq.Biz müasir texnologiyalar və avadanlıqlar tətbiq etməklə neft axtarışını bərpa etmək istəyirik”.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında