ARDNŞ 2018-ci ildə Avro-5 benzini istehsal edəcək

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) 2018-ci ildə Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda (NEZ) Avro-5 ekoloji standartlarına uyğun benzin istehsalına başlamağı planlaşdırır.

Trend-in məlumatına görə, bunu ARDNŞ-in emal üzrə vitse-prezidenti David Məmmədov cümə axşamı Bakıda XXI Azərbaycan Beynəlxalq Xəzər Neft və Qaz - 2014 (Caspian Oil&Gas) konfransında demişdir. Onun sözlərinə görə, bu hədəfə çatmaq üçün 42-48 ay ərzində müəssisənin modernləşdirilməsi üzrə işlər görüləcək. Şirkətin məqsədi həmin NEZ-də 2030-cu ilədək 7,5 milyon ton neft emalını təmin etməkdir ki, bu da öz növbəsində illik 3 milyon ton dizel yanacağı və 2,4 milyon ton benzin istehsalına imkan verəcək. Bu, həmçinin ölkənin keyfiyyətli yanacağa olan tələbatını və kiçik həcmdə ixrac əməliyyatlarını təmin etməyə imkan verəcək.

Hazırda NEZ-in emal dərinliyi 92 faizi ötür. Bu müəssisə ölkənin yanacağa olan tələbatını təmin edir.

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında