Ötən yeddi ay Naxçıvan Muxtar Respublikası üçün uğurlu olmuşdur

Cari ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında 630 milyon 296,9 min manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur ki, bu da 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə 23 faiz çoxdur.
Adambaşına düşən daxili məhsulun həcmi 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə 24 faiz artaraq 1559 manata (1940,2 ABŞ dollarına) çatmışdır.
Hesabat dövründə muxtar respublikada iqtisadiyyatın bütün sahələrində dövlət texniki, maliyyə və innovasiya dəstəyi ilə 41 layihə üzrə istehsal və xidmət obyektləri istifadəyə verilmiş, 49 layihə üzrə istehsal və xidmət obyektlərində işlər davam etdirilməkdədir.
Muxtar respublikada 190 milyon 381 min 800 manatlıq sənaye məhsulu istehsal edilmiş və bu göstərici 2009-cu ilin müvafiq dövründəki göstəricini 54,6 faiz üstələmişdir. Sənaye sahəsində mövcud inkişaf templərinin dayanıqlılığı müntəzəm surətdə dəstəklənmiş və 2010-cu ilin yanvar-iyul aylarında sənaye profilli təsərrüfat subyektlərinə 6 milyon 47 min manat məbləğində kreditlər verilmişdir.
Yanvar-iyul aylarında bütün maliyyə mənbələri hesabına əsas kapitala 300 milyon 432 min 600 manat investisiya yönəldilmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə istifadə edilmiş investisiyanın həcmi 32,7 faiz və ya 74 milyon 4 min 400 manat artmışdır.
Muxtar respublikada tikinti və ya əsaslı təmirdən sonra ümumilikdə 313 obyekt istifadəyə verilmiş, 316 obyektin tikintisi və ya əsaslı təmiri davam etdirilməkdədir.
Hesabat dövründə informasiya və rabitə xidmətlərinin həcmi 19 milyon 895 min 100 manat olmuşdur ki, bu da 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə 16,7 faiz çoxdur. Mobil rabitənin həcmi 16 milyon 982 min 500 manat olmaqla bir il öncəki göstəricini 18 faiz üstələmişdir.
Cari ilin yanvar-iyul aylarında muxtar respublikada əhalinin gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,3 faiz artaraq 537 milyon 643 min 300 manat, onun adambaşına düşən həcmi isə 9,7 faiz yüksələrək 1329,9 manat təşkil etmişdir. Muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqının məbləği 281,6 manat təşkil etmiş və əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,4 faiz artmışdır.
2010-cu ilin yanvar-iyul aylarında muxtar respublikada fəaliyyət göstərən müəssisə və təşkilatlar, fiziki şəxslər tərəfindən xarici dövlətlərlə aparılan ticarət əməliyyatları nəticəsində 112 milyon 26 min 700 Amerika Birləşmiş Ştatları dolları həcmində xarici ticarət dövriyyəsi yaranmışdır ki, bu da bir il öncəki müvafiq səviyyəni 9,3 faiz üstələyir.
Muxtar respublikanın xarici ticarət dövriyyəsində cari ilin yanvar-iyul aylarında ixracın həcmi idxalı üstələmiş və 72 milyon 271 min 700 ABŞ dolları məbləğində müsbət saldo yaranmışdır. Belə ki, xarici ticarət dövriyyəsinin 19 milyon 877 min 500 dollarını və ya 17,7 faizini idxal, 92 milyon 149 min 200 dollarını və ya 82,3 faizini isə ixrac təşkil etmişdir.
Yanvar-iyul aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 19 milyon 816 min 500 manat məbləğində kredit verilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında