13 il ərzində Dövlət Neft Fonduna 101 milyard dollar vəsait daxil olmuşdur

 2001-ci ildən 2013-cü ilədək olan dövrdə Azərbaycan Respublikası Dövlət Neft Fonduna (ARDNF) 101 milyard dollardan artıq vəsait daxil olmuşdur. Trend-in məlumatına görə, bu barədə ARDNF-nin ötənilki fəaliyyətinə həsr olunmuş hesabatda deyilir.

Ötən 13 il ərzində fonda daxilolmaların təxminən üçdə ikisi (64 faiz və ya 64,23 milyard dollar) investisiya qoyuluşlarına yönəldilmişdir. ARDNF-yə daxil olmuş resurslardan qalan 36 faiz (35,88 milyard dollar) fondun yığım hissəsinə yönəldilmişdir. 2013-cü ildə fonda daxilolmaların həcmi 17,33 milyard dollar olmuşdur ki, bu da 2012-ci ildəki göstəricidən aşağıdır (17,41 milyard). Hesabatda deyilir: “Azalma Neft Fondunun xərclərinin artan həcmi ilə əlaqədardır”. Yığıma ötənilki daxilolmaların 9,5 faizi göndərilmişdir. ARDNF 1999-cu ildə yaranmışdır və həmin vaxt onun aktivləri 271 milyon dollar təşkil etmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında