Bakıda Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan ölkələrin Gömrük Xidməti Rəhbərləri Şurasının 59-cu iclası keçirilmişdir

Dünən Bakıda Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan ölkələrin Gömrük Xidməti Rəhbərləri Şurasının (MDB GXRŞ) 59-cu iclası keçirilmişdir.

İclasda Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan və Özbəkistanın gömrük xidmətlərinin nümayəndələri iştirak etmişlər.

Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev qonaqları salamlayaraq ümidvar olduğunu bildirmişdir ki, onlar Azərbaycanın nailiyyətləri, ölkəmizin mədəniyyəti, milli mətbəxi və görməli yerləri ilə tanış ola biləcəklər.

A.Əliyev may ayında Azərbaycana idxal edilmiş avtomobillərin sayının azalması məsələsinə toxunaraq qeyd etmişdir ki, avtomobil bazarında boşluq yaranmayacaqdır. DGK sədri daha sonra demişdir: “Azərbaycana gətirilən avtomobillər yalnız buraxılış ili göstəricisinə əsasən idxal edilmir. Maşınlara baxış keçirilir. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əməkdaşları ilə birlikdə zəruri nəzarət tədbirləri həyata keçirilir”.

İclasda 2014-cü il üçün MDB GXRŞ katibinin təyin edilməsi, Şuranın əvvəlki iclasında qəbul edilmiş qərarların yerinə yetirilməsinin gedişi məsələlərinə baxılmış, malların təkrar ixracı və təkrar ixraca icazə verilməsi qaydalarına dair 15 aprel 1994-cü il tarixli sazişə dəyişikliklər edilməsi haqqında protokolun layihəsi, MDB ölkələrinin gömrük bəyannaməsi və onun doldurulması qaydaları, internet-ticarət problemləri, habelə MDB GXRŞ-nin 60-cı iclasının keçiriləcəyi vaxt və yer məsələsi müzakirə edilmişdir.

Sonda Azərbaycan və Moldovanın gömrük xidmətləri arasında saziş imzalanmışdır.

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında