“Wood Group Kenny” şirkəti “Şahdəniz-2” layihəsi çərçivəsində mühəndislik xidmətləri təqdim edəcək

“Wood Group Kenny” (WGK) şirkəti Azərbaycanın “Şahdəniz” qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində mühəndislik və sualtı hasilat sistemləri layihəsinin idarə edilməsi xidmətlərini təqdim edəcək. Trend-in xəbər verir ki, bu barədə şirkətin çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Məlumatda qeyd olunur ki, xidmətlər “bp Azerbaijan” şirkəti ilə imzalanmış 36 milyon funt sterlinq məbləğində çərçivə müqaviləsi çərçivəsində təqdim ediləcək.

WGK dünyada sualtı və boru kəməri üzrə mühəndislik xidmətləri sahəsində müstəqil mütəxəssis hesab edilir. “Wood Group Kenny” energetika sahəsində xidmətlər təklif edən “Wood Group” beynəlxalq şirkətinin bölməsidir.

WGK 2008-ci ildən bp ilə “Şahdəniz” yatağının işlənməsi layihəsi üzrə çalışaraq layihə çərçivəsində mühəndislik xidmətləri göstərir.

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında