Azərbaycan və Rusiya arasında ticarət-iqtisadi əməkdaşlıq çox perspektivli və dinamikdir

Azərbaycan və Rusiya arasında ticarət-iqtisadi əməkdaşlıq çox perspektivli və dinamikdir. Ölkələrimiz arasında qarşılıqlı əmtəə dövriyyəsi 2004-cü ildən 4,7 dəfə artmışdır. Dünya bazarlarında vəziyyətin çətin olmasına, zəif konyunkturanın hökm sürməsinə baxmayaraq, Rusiya və Azərbaycan arasında əmtəə dövriyyəsi 2013-cü ilin yekunlarına görə maksimum həddə - 3,6 milyard dollara çatmışdır. Perspektivdə əmtəə dövriyyəsini real şəkildə 4 milyard dollara çatdırmaq olar.

AzərTAc xəbər verir ki, bu fikri Azərbaycanda rəsmi səfərdə olan Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev Bakıda keçirilən mətbuat konfransında səsləndirmişdir.

Səfər zamanı Rusiya İqtisadi İnkişaf Nazirliyi və Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyi arasında əməkdaşlıq haqqında Memorandumun imzalandığını bildirən A.Ulyukayev demişdir: “Biz “İnvestisiyaların təşviqi və qarşılıqlı müdafiəsi haqqında”, “Ümumrusiya Sərgi Mərkəzi ərazisində Azərbaycan ticarət-sərgi mərkəzinin yaradılması haqqında” hökumətlərarası sazişlər və uzunmüddətli iqtisadi əməkdaşlıq proqramı imzalamağı planlaşdırırıq. Sənədlər, demək olar, hazırdır və yaxın vaxtlarda imzalanacaqdır. Buna baxmayaraq, iki ölkə arasında ticarət münasibətlərinin inkişafına mane olan amillər də vardır. Logistik məhdudiyyətlər və qüsurlu müqavilə-hüquq bazası belə amillərdəndir. Bu problemlərin həlli üzərində işləmək lazımdır. Biz iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev ilə görüşdə hər iki ölkənin ərazisində logistika mərkəzlərinin inşa olunmasını, avtomobil və dəmir yolu ilə tranzit daşımaların inkişaf etdirilməsi mexanizmlərini, habelə ticarət-iqtisadi əməkdaşlığın digər problem və perspektivlərini müzakirə etmişik”.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında