Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsinə dair tikinti müqaviləsi imzalandı

Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi layihəsi üçün daha bir əsas müqavilə imzalanmışdır. Xatırladaq ki, Cənubi Qafqaz Boru Kəməri Şirkəti və Şahdəniz konsorsiumu tərəfindən imzalanmış bu müqavilə boru kəmərinin tikintisi işləri üzrədir.

Bundan əvvəl isə ümumilikdə 14 müqavilə imzalanmışdır. Bu da “Şahdəniz-2” layihəsinin qrafik üzrə irəliləyişinin göstəricisidir. Əsas müqavilələrin əksəriyyəti artıq bağlandığından Bakıdakı tikinti sahələrində işlər başlanmışdır.

BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell demişdir: “İndi artıq biz boru kəmərinin genişləndirilməsi və bununla bağlı yerüstü qurğuların tikintisi üçün Azərbaycanda və Gürcüstanda aparılacaq işlər üzrə müqavilələrin əksəriyyətini imzalamışıq. Məmnuniyyətlə vurğulamaq istəyirəm ki, tikintinin əksər hissəsi Azərbaycanda və Gürcüstanda yerli şəraitdə həyata keçiriləcəyindən hər iki ölkəyə xeyir gətirəcək. Bu, böyük irəliləyişdir. Biz məmnunuq ki, həm ”Şahdəniz" yatağının ikinci işlənmə mərhələsi, həm də Cənubi Qafqaz boru kəməri layihəsi bütün sahələrdə irəliləməkdədir. Tikinti sahələrində dayaq blokları və üst modullar üzrə işlər, eləcə də terminalın genişləndirilməsi üzrə işləra rtıq başlanıb. Dənizdə isə “İstiqlal” və “Heydər Əliyev” adına qazma qurğularından istifadə etməklə qazma işləri uğurla davam edir. 2018-ci ilin sonlarında ilk qazın əldə edilməsinə hazırlıq yönümündə artıq beş hasilat quyusu qazılıb.”

Cənubi Qafqaz boru kəmərinin Azərbaycan və Gürcüstan hissələrinin tikintisi üçün müqavilə Saipem-Azfen şirkətinə verilib. Bu,"Saipem Contracting Netherlands BV" və “Azfen BM” şirkətlərinin birgə müəssisəsidir. Xatırladaq ki, bu müqavilə çərçivəsində Azərbaycan və Gürcüstanda 428 kilometr uzunluğunda boru kəməri və əlaqədar yerüstü qurğular, o cümlədən bağlayıcı siyirtmələr, ərsinləmə obyekti və birləşdirici qovşaqlar tikintiləcək. Bundan əlavə, Gürcüstanda 59 kilometr uzunluğunda daha bir boru kəməri hissəsi və bununla bağlı yerüstü qurğular inşa olunacaq. Yeri gəlmişkən, Cənubi Qafqaz boru kəmərinin tikintisi işlərinin başlanmasına doğru mühüm bir addım sayılan bu müqavilənin dəyəri 735 milyon dollar təşkil edir. Kəmərin genişləndirilməsi ilə bağlı işlərin isə 2015-ci ilin yanvar ayında başlanması planlaşdırılır. Boru kəmərinin Gürcüstan hissəsinin mexaniki tamamlanması 2016-cı ilin sonuna qədər və Azərbaycan hissəsində isə 2017-ci ilin sonunadək başa çatdırılacağı gözlənilir.

 

Mirbağır YAQUBZADƏ,

“Xalq qəzeti”

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında