Dövlət Gömrük Komitəsi mətbuat xidmətinin məlumatı

Mayın 26-da bir qrup Qarabağ əlili Dövlət Gömrük Komitəsinin inzibati binasının qarşısına toplanaraq iddia etmişlər ki, guya, onlara məxsus Türkiyədən gətirilmiş 23 ton 800 kiloqram portağal yükü əsassız olaraq Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük keçid məntəqəsində saxlanılmış və onlardan yükün hər tonuna görə əlavə pul istənilmişdir. Bu məsələ, təəssüf ki, bəzi kütləvi informasiya vasitələrində birtərəfli olaraq işıqlandırılmış, Dövlət Gömrük Komitəsinin ünvanına əsası olmayan qərəzli fikirlər səsləndirilmişdir.

Araşdırmalar zamanı məlum olmuşdur ki, yükün əsl sahibi, adı gizli saxlanılan “sahibkar” Qarabağ əlillərinin adından və statusundan istifadə edərək müəyyən güzəştlərdən yararlanmağa çalışmışdır. Eyni zamanda, gətirilən yükün nəqliyyat müşayiət  sənədlərində çatışmazlıqların mövcud olduğu aşkarlanmışdır.  Əlavə olaraq pul istənilməsi məsələsinə gəlincə, bu gömrük orqanları əməkdaşlarına atılan şər və böhtandan başqa bir şey deyil.

Məsələ ilə bağlı  mayın 26-da Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Qarabağ Qaziləri İctimai Birliyinin sədri Etimad Əsədov başda olmaqla bir qrup Qarabağ əlilini qəbul etmiş, onların fikirlərini dinləmiş, mövcud qanunvericiliyə uyğun olaraq məsələnin həlli ilə bağlı müvafiq tövsiyyələrini görüş iştirakçılarının nəzərinə çatdırmışdır.

Görüşdən razılıqla ayrıldıqdan sonra əlillərin bir qrupu, nədənsə fikirlərini dəyişərək yuxarı instansiyalara müraciət etmiş, təhdidedici bəyanatlar səsləndirmişlər. Qarabağ Qaziləri İctimai Birliyinin sədri Etimad Əsədov şəxsən Dövlət Gömrük Komitəsi ilə əlaqə saxlamış, razılığını ifadə etmiş, görüşdən sonra etiraz edən əlillərin, sadəcə, təxribatla məşğul olduqlarını bildirmişdir.

Dövlət Gömrük Komitəsi rəsmi olaraq bir daha bildirir ki, Qarabağ əlillərinin səsləndirdiyi ittihamlar əsassızdır, məqsədli şəkildə gömrük orqanlarına atılan şər və böhtandır.

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında