ARDNŞ “Rosneft”lə ikitərəfli saziş imzalamışdır

Azərbaycan, Rusiya və üçüncü ölkələr ərazisində fəaliyyət göstərəcək birgə müəssisə yaradılacaq

Rusiyanın “Rosneft” dövlət şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) arasında saziş imzalanmışdır.

“APA-Economics”in məlumatına görə, sənədi Rusiyada keçirilən Peterburq beynəlxalq iqtisadi forumu çərçivəsində hər iki şirkətin prezidenti İqor Seçin və  Rövnəq Abdullayev Rusiya Federasiyasının prezidenti Vladimir Putinin iştirakı ilə imzalamışlar.

Sənədə əsasən, tərəflər Azərbaycan, Rusiya və üçüncü ölkələr ərazisində fəaliyyət göstərəcək birgə müəssisə yaradacaq. Hər iki tərəf həmin müəssisəyə bərabər nizamnamə kapitalı və aktivlər yatıracaq. Aktivlərin siyahısı daha sonra dərc ediləcək.

İmzalanmanı şərh edərkən İ.Seçin və R.Abdullayev bildirmişlər ki, saziş Sibir, Xəzər dənizi şelfində və digər akvatoriyalarda irimiqyaslı layihələrlə bağlı birgə işlər görməyə imkan verəcək.

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında