“Bulla-dəniz” yatağı üçün yeni özül layihələndirilmişdir

“Bulla-dəniz” yatağı üçün yeni 6 nömrəli stasionar dəniz özülü layihələndirilmişdir. Bu barədə Trend-ə ARDNŞ-dən məlumat verilmişdir.

ARDNŞ-in “Neftqazelmitədqiqatlayihə” İnstitutunun layihəsi əsasında inşa olunacaq özülün baş podratçısı şirkətin “Neftqaztikinti” trestidir. 4 istismar quyusunun qazılması üçün nəzərdə tutulan özül dənizin 26 metr dərinliyində yerləşdiriləcək.

Özül ən müasir qazma avadanlığı, 90 nəfərlik yaşayış bloku, yanalma və minik meydançaları, avtomatlaşdırılmış nəzarət və idarəetmə sistemi, yanğından mühafizə sistemi, 3 ədəd qaldırıcı hidroaktiv kran, bioloji sutəmizləmə qurğusu və digər zəruri avadanlıqlarla təchiz ediləcəkdir. Bundan başqa, elektrik enerjisi ilə təchizatın etibarlılığını təmin etmək məqsədilə özüldə 8 ədəd dizel elektrik generatoru quraşdırılacaq, ətraf mühitin və əməyin mühafizəsi bütün müasir norma və tələblərə uyğun şəkildə təmin ediləcəkdir. Özüldən sutkada 600 ton kondensat və 2 milyon kubmetr qaz hasil olunacağı proqnozlaşdırılır. Özülün inşasına cari ilin sonunda başlanılması nəzərdə tutulur.

Qeyd edək ki, özüldə istismar işləri N.Nərimanov adına NQÇİ tərəfindən həyata keçiriləcək.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında