Berndə Azərbaycan-İsveçrə biznes forumu keçiriləcək

Mayın 26-da İsveçrənin paytaxtı Bern şəhərində Azərbaycan Respublikası Hökuməti və İsveçrə Federal Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 6-cı iclası keçiriləcək.

İqtisadiyyat və Sənaye Nazirliyindən aldığımız məlumata görə, tədbirdə komissiyanın Azərbaycan tərəfdən həmsədri, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edəcək.

Birgə Komissiyanın iclasında Azərbaycan və İsveçrə arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyəti, görülmüş işlər və əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunacaqdır.

İsveçrəyə səfər çərçivəsində iş adamlarının iştirakı ilə Azərbaycan-İsveçrə biznes forumu təşkil ediləcəkdir.

 

Samirə ƏLİYEVA,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında