Azərbaycan, Gürcüstan və Türkiyə elektrik enerjisi tədarükünün həcm və tariflərini razılaşdıracaqlar

Azərbaycan, Gürcüstan və Türkiyə xüsusi yaradılmış işçi qrupu çərçivəsində üçtərəfli enerji körpüsü layihəsi üzrə elektrik enerjisinin tədarükünün həcm və tariflərini razılaşdıracaqlar. “Trend”in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə energetika naziri Natiq Əliyev demişdir.

Onun sözlərinə görə, işçi qrupu bu yaxınlarda yaradılmışdır: “İşçi qrupu çərçivəsində 3 ölkə arasında idxal-ixrac əməliyyatları məsələləri müzakirə oluncaq”.

N.Əliyev Azərbaycan, Rusiya və İranın enerji sistemlərinin birləşdirilməsi layihəsi və paralel işi sahəsində aparılan işlərdən bəhs etmişdir.

Nazirin sözlərinə görə, enerji sahəsində layihələrin uğurla reallaşdırılması Azərbaycana qaz ixracı sahəsindəki nailiyyətlərlə yanaşı, elektrik enerjisinin ixracı sahəsində müsbət nəticələr qazanmağa imkan verəcək ki, bu da ölkə iqtisadiyyatının inkişafına öz töhfəsini verəcək.

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında