Daşınmaz əmlakla bağlı yeni elektron xidmətlər ictimaiyyətə təqdim olunmuşdur

Mayın 16-da Əmlak Məsələləri Dövlət Komitəsi “Daşınmaz əmlakla bağlı elektron xidmətlər yeni mərhələdə” adlı ictimai təqdimat keçirmişdir.

AzərTAc xəbər verir ki, tədbirdə yeni elektron xidmətlər, o cümlədən daşınmaz əmlakla bağlı dövlət reyestrindən məlumatın verilməsi ilə bağlı xidmət ictimaiyyətə təqdim olunmuşdur.

Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov yeni və hazırda istifadədə olan elektron xidmətlər barədə məlumat vermişdir. Bildirilmişdir ki, yeni elektron xidmətdən istifadə etməklə vətəndaşlar və əmlak sahibləri öz daşınmaz əmlakları barədə məlumatları internet vasitəsilə əldə edə biləcəklər. Nəticədə mülkiyyətçi heç bir yerə getmədən rahat və çevik şəkildə sahibi olduğu daşınmaz əmlak barədə dövlət reyestrində qeydiyyata alınmış məlumatlarla tanış olacaqdır. Bu xidmətin istifadəyə verilməsi təkcə əhali üçün deyil, dövlət qurumları, fiziki və hüquqi şəxslər, banklar və digər daşınmaz əmlak sahibləri üçün də əlverişlidir.

Sədr müavini qeyd etmişdir ki, komitə elektron xidmətlərin tətbiqinə 2012-ci ildən etibarən başlamışdır. Hazırda 20-si interaktiv, 2-si informativ olmaqla 22 elektron xidmət vətəndaşların və əmlak sahiblərinin istifadəsindədir. Təqdim edilən elektron xidmətlər vətəndaşlarla komitənin qurumları arasında şəffaf və maneəsiz əlaqə yaradılmasına, əhalinin müxtəlif istiqamətlər üzrə çevik elektron xidmətlər əldə etməsinə imkan verir. İlin sonunadək elektron xidmətlərin sayının daha da artırılması nəzərdə tutulur. Buraya icarə haqqı borcları məlumatların, daşınmaz əmlaka dair xidmət haqqı, mülkiyyətə dair çıxarışın hazırolma tarixi barədə

Daşınmaz əmlakla bağlı yeni elektron xidmətlər ictimaiyyətə təqdim olunmuşdur

Mayın 16-da Əmlak Məsələləri Dövlət Komitəsi “Daşınmaz əmlakla bağlı elektron xidmətlər yeni mərhələdə” adlı ictimai təqdimat keçirmişdir.

AzərTAc xəbər verir ki, tədbirdə yeni elektron xidmətlər, o cümlədən daşınmaz əmlakla bağlı dövlət reyestrindən məlumatın verilməsi ilə bağlı xidmət ictimaiyyətə təqdim olunmuşdur.

Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov yeni və hazırda istifadədə olan elektron xidmətlər barədə məlumat vermişdir. Bildirilmişdir ki, yeni elektron xidmətdən istifadə etməklə vətəndaşlar və əmlak sahibləri öz daşınmaz əmlakları barədə məlumatları internet vasitəsilə əldə edə biləcəklər. Nəticədə mülkiyyətçi heç bir yerə getmədən rahat və çevik şəkildə sahibi olduğu daşınmaz əmlak barədə dövlət reyestrində qeydiyyata alınmış məlumatlarla tanış olacaqdır. Bu xidmətin istifadəyə verilməsi təkcə əhali üçün deyil, dövlət qurumları, fiziki və hüquqi şəxslər, banklar və digər daşınmaz əmlak sahibləri üçün də əlverişlidir.

Sədr müavini qeyd etmişdir ki, komitə elektron xidmətlərin tətbiqinə 2012-ci ildən etibarən başlamışdır. Hazırda 20-si interaktiv, 2-si informativ olmaqla 22 elektron xidmət vətəndaşların və əmlak sahiblərinin istifadəsindədir. Təqdim edilən elektron xidmətlər vətəndaşlarla komitənin qurumları arasında şəffaf və maneəsiz əlaqə yaradılmasına, əhalinin müxtəlif istiqamətlər üzrə çevik elektron xidmətlər əldə etməsinə imkan verir. İlin sonunadək elektron xidmətlərin sayının daha da artırılması nəzərdə tutulur. Buraya icarə haqqı borcları məlumatların, daşınmaz əmlaka dair xidmət haqqı, mülkiyyətə dair çıxarışın hazırolma tarixi barədə məlumatın SMS vasitəsilə verilməsi, kadastr və texniki məlumatların alınması üçün müraciətlərin elektron qəbulu və digər xidmətlər daxildir. İndiyədək komitəyə elektron xidmətlər vasitəsilə 51 min 600-dən çox müraciət daxil olmuşdur.

Tədbirdə yeni elektron xidmətlərlə bağlı təqdimatlar olmuşdur. Vurğulanmışdır ki, yeni e-xidmətlərə daşınmaz əmlak obyekti barədə daşınmaz əmlakın dövlət reyestrindən məlumatların, həmçinin icarə haqqı borcu barədə məlumatın verilməsi, daşınmaz əmlakla bağlı servitutun, uzufruktun dövlət qeydiyyatı və ləğvi, məhv olmuş daşınmaz əmlakın dövlət qeydiyyatının ləğvi daxildir. Bu xidmətlər barədə ətraflı məlumat verilmiş və onlardan istifadə qaydaları izah olunmuşdur.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında