Natiq ƏLİYEV: Qazaxıstanın “Kaşaqan” yatağında hasil edilən neftin bir hissəsi BTC ilə nəql olunacaq

Qazaxıstanın “Kaşaqan” yatağında neft hasilatı həcmlərinin artırılması ilə əlaqədar bu neftin bir hissəsi Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəql olunacaq. “Trend”in məlumatına görə, bu barədə Azərbaycanın energetika naziri Natiq Əliyev “The Business Year” jurnalına müsahibəsində məlumat vermişdir.

Onun sözlərinə görə, Qazaxıstan tərəfi bildirir ki, birinci mərhələdə yataqdan ildə 23 milyon ton, ikinci mərhələdə isə 50 milyon ton neft hasilatı planlaşdırılır: “Belə olan halda neftin bir hissəsi qərbə Azərbaycan ərazisindən keçməklə ixrac olunacaq”.

Qazaxıstan nefti artıq Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri ilə ixrac olunur.

Bir müddət əvvəl Qazaxıstanın neft və qaz naziri Uzakbay Karabalin bildirmişdi ki, “Tengiz” yatağından Qazaxıstan neftinin BTC ilə gözlənilən ixrac həcmləri 2014-cü ildə 3 milyon ton təşkil edəcək.

 

 

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında