Beynəlxalq konfransın iştirakçılarına Azərbaycanın enerji siyasəti barədə məlumat verilmişdir

Avqustun 20-dən 22-dək nazir Elmar Məmmədyarov Avstriyanın Avropa və Beynəlxalq Əlaqələr üzrə Federal Nazirliyinin təşkilatçılığı ilə Zalzburq şəhərində keçirilmiş "Zalzburq Triloqu elmi konfrans: XXI əsrdə etik bazar iqtisadiyyatları üçün birliklərin inşası. Avropadan, Qara dəniz və onun hüdudlarından kənardan keyfiyyətli artımın perspektivlərinə baxış" mövzusunda konfransda iştirak etmişdir.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, konfransda çıxış edən nazir Məmmədyarov Qara dəniz regionu dövlətlərinin iqtisadi vəziyyəti məsələlərinə toxunmuşdur. Azərbaycanın iqtisadiyyatı barədə iştirakçılara geniş məlumat verən E.Məmmədyarov tədbir iştirakçılarını ölkənin apardığı enerji siyasətilə tanış etmişdir.
Nazir Avropa İttifaqı dövlətlərinin enerji təhlükəsizliyi məsələsinə toxunaraq, bu sahədə Azərbaycanın verə biləcəyi töhfə barədə iştirakçıları məlumatlandırmışdır. Bununla yanaşı, nazir Qara dəniz regionunda davamlı inkişafın zəruriliyini bildirərək, daha praqmatik olmağın vacibliyini vurğulamışdır. İqtisadi inkişafın siyasi sabitlik nəticəsində labüd olduğunu deyən nazir həll olunmayan münaqişələrin regionun inkişafına böyük maneə olduğunu xüsusi qeyd etmişdir.
Daha sonra nazir E.Məmmədyarov yoxsulluğun aradan qaldırılması sahəsində Azərbaycanın apardığı siyasətə toxunaraq, bu sahədə səylərin artırılmasının zəruriliyini vurğulamışdır.
Səfər çərçivəsində nazir E.Məmmədyarov ukraynalı, gürcüstanlı və avstriyalı həmkarları, Avstriyanın sabiq federal kansleri Volfqanq Şussel və Şərqi Avropanın ən böyük neft və qaz şirkəti olan Avstriyanın OMV şirkətinin sədri və baş icraçı direktoru Volfqanq Rutternstorfer ilə görüşmüşdür.
Görüşlərdə ikitərəfli əlaqələr və əməkdaşlıq, onların perspektivləri və digər maraq doğuran məsələlər müzakirə edilmişdir.{nl}

AzərTAc

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında