Azərbaycan ilə Macarıstan arasında əməkdaşlıq perspektivləri müzakirə edilmişdir

Mərkəzi Bankın sədri Elman Rüstəmov Macarıstan Biznes Liderləri Forumunun (MBLF) prezidenti Borbala Çakonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Bankın kommunikasiya departamentindən AzərTAc-a bildirmişlər ki, Elman Rüstəmov qonaqlara ölkəmizin müstəqilliyin bərpasından sonrakı iqtisadi inkişaf tarixinə, maliyyə-bank sisteminin quruculuq mərhələlərinə və Azərbaycanın gələcək inkişaf prioritetlərinə dair geniş məlumat vermişdir.

Qeyd edilmişdir ki, dövlət müstəqilliyimizin 2003-cü ilədək dövrü əhatə edən birinci mərhələsində ümummilli lider Heydər Əliyevin dühası, qətiyyəti, zəngin təcrübəsi və titanik əməyi ilə qısa tarixi bir dövrdə postsovet dövrünün hərbi, siyasi, sosial-iqtisadi xaosu dəf edilmiş, müstəqil, dünyaya açıq müasir Azərbaycan dövlət yaradılmışdır. İctimai şüurda radikal dəyişikliklər həyata keçirilmiş və Azərbaycan xalqının özünə, gələcəyinə inamı bərpa edilmişdir. Bazar iqtisadiyyatına keçiddə inqilabi dəyişikliklərə nail olunmuşdur. Eyni zamanda, bu dövrdə bank islahatları istiqamətində həyata keçirilmiş tədbirlər sayəsində sabit, sağlam, dayanıqlı maliyyə-bank sektoru formalaşdırılmışdır.

Bildirilmişdir ki, dövlət müstəqilliyimizin 2003-cü ildən sonrakı dövrü əhatə edən 2-ci mərhələsində isə Prezident İlham Əliyevin liderliyi və yüksək siyasi idarəçilik qabiliyyəti, tükənməz enerjisi ilə Azərbaycan ayrı-ayrı müvəffəqiyyətli dövlətlərin 10 illiklərlə keçdiyi bir yol keçmiş, milli dövlətçiliyimiz, iqtisadiyyatımız yeni bir keyfiyyət nöqtəsinə gəlib çıxmışdır. Bu dövrdə yüksək inkişaf və iqtisadi artıma adekvat olaraq bank sektoru əhəmiyyətli böyümüş, bank maliyyəsinə əlyetərlik səviyyəsi əhəmiyyətli artmışdır.

Azərbaycandakı iqtisadi-maliyyə sabitliyinin və inkişafın nə qədər möhkəm təməllərə söykənməsi son qlobal böhran dövründə bir daha sübut olunmuşdur. Sabitlik və dayanıqlıq özülləri qlobal böhran sınağını uğurla dəf etməyə imkan vermişdir.

Əldə olunmuş bütün bu nailiyyətlər qarşıya daha ambisiyalı hədəflər qoymağa imkan verir. Prezidentin qəbul etdiyi “Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası uzunmüddətli dövrə hesablanmış milli inkişaf və tərəqqi vektorunu müəyyən edir. Bu vektor növbəti onillikdə iqtisadiyyatın növbəti ikiqat artımını hədəfləyir. Yeni strategiyanın mərkəzi ideyası yüksək gəlirli dövlətlər klubuna qatılmaq, əhali üçün ən yüksək həyat standartlarını formalaşdırmaqdır.

Həmçinin iki ölkə arasında iqtisadi sahədə əlaqələr barədə danışan Elman Rüstəmov bu əlaqələrin gələcəkdə də davam etdiriləcəyinə inamını vurğulamışdır.

Sonra Borbala Çako MBLF-in ölkəmiz, eləcə də Mərkəzi Bank ilə yaxından tanışlığına məmnun olduğunu bildirmiş, Fondun fəaliyyəti, prioritet istiqamətləri və həyata keçirilmiş əsas layihələri barədə məlumat vermişdir. O, MBLF-in Azərbaycan ilə sıx əməkdaşlıqda maraqlı olduğunu demiş, bu istiqamətdə fəal iş aparacağını qeyd etmişdir.

Görüşdə, həmçinin Azərbaycan ilə Macarıstan arasında qarşılıqlı iqtisadi əlaqələrin mövcud vəziyyəti, eləcə də əməkdaşlığın perspektivləri müzakirə edilmişdir.

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında