Azərbaycan ilə Tacikistan arasında nəqliyyat sahəsində əməkdaşlıq məsələləri müzakirə olunmuşdur

Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənov bu ölkənin nəqliyyat naziri Xayrullo Asoyev ilə görüşmüşdür.

Görüşdə ölkələrimiz arasında əlaqələrin daha da dərinləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılmış, xüsusilə ticari-iqtisadi əməkdaşlığın inkişafının vacibliyi vurğulanmışdır.

Söhbət zamanı Tacikistan qatarlarının Azərbaycan ərazisindən keçmə imkanları, nəqliyyat tarifləri və Bakı-Düşənbə birbaşa hava əlaqəsinin bərpası məsələləri diqqət mərkəzində olmuşdur.

Tərəflər hər iki ölkənin paytaxtından həm Qərb, həm də Şərq istiqamətində aviauçuşlar üçün tranzit kimi istifadə edilməsi imkanlarını da müzakirə etmişlər. Bu istiqamətdə qarşılıqlı maraq doğuran məsələlərin həlli üçün hər iki ölkənin nəqliyyat nazirliklərinin səlahiyyətli nümayəndələri arasında görüşün təşkili məqsədəuyğun hesab edilmişdir.

A.Həsənov ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar səfirliyin keçirəcəyi tədbirlər haqqında məlumat vermiş və nazirə ümummilli lider haqqında kitablar hədiyyə etmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında