Azərbaycanda dövlət əyar damğası vurulmayan 400-dən çox zərgərlik məmulatı aşkar edilmişdir

Azərbaycan Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən 2014-cü ilin aprel ayı ərzində vətəndaşlardan daxil olmuş konkret faktlara əsaslanan rəsmi müraciətlərə əsasən, “Qiymətli metallar və qiymətli daşlar haqqında” Qanunun tələblərinə əməl edilməsinə nəzarət məqsədilə Gədəbəy və Ağcabədi şəhərlərində fəaliyyət göstərən 2 sahibkara məxsus obyektlərdə yoxlama aparılmışdır.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, keçirilən əyar nəzarəti tədbirləri zamanı obyektlərdə dövlət əyar damğası ilə damğalanmayan qiymətli metallardan və qiymətli daşlardan hazırlanmış 415 ədəd zərgərlik məmulatı aşkar edilmişdir.

Həmin məmulatlar ekspertiza, analiz və əyarlanma prosedurlarından keçirilib, müəyyən edilmiş əyarlarına uyğun dövlət əyar damğası ilə damğalanıb və 4 min 150 manat dövlət rüsumunun ödənilməsi təmin edilmişdir.

Aşkar edilmiş nöqsanlarla əlaqədar həmin sahibkarlara inzibati xəta protokolları tərtib edilmiş, inzibati xətalar üzrə inzibati tənbehin tətbiq edilməsi haqqında qərarlar çıxarılmış və 1 600 manat məbləğində cərimə tətbiq edilmişdir.

2014-cü ilin 4 ayı ərzində yol verilmiş nöqsanlarla əlaqədar qanun pozuntusu aşkar edilmiş sahibkarlar barədə inzibati xətalar üzrə inzibati tənbehin tətbiq edilməsi haqqında 14 qərar çıxarılmış və ümumilikdə 11 min 200 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir.

Xidmətə ekspertiza, analiz, əyarlanma və damğalanmaq üçün daxil olmuş qiymətli metallardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarına görə 2014-cü ilin 4 ayı ərzində 433 min 772 manat dövlət rüsumunun ödənilməsi təmin edilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında