ARDNŞ və RWE Xəzərdə birgə araşdırmaların aparılması üzrə saziş imzalamışlar

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) və Almaniyanın “RWE Dea” şirkəti Xəzərdə, daha dəqiq Abşeron yarımadasının cənub hissəsinin akvatoriyasında karbohidrogenlərin mövcudluğunun birgə araşdırılması üzrə saziş imzalamışlar. Bu barədə “Trend” çərşənbə axşamı “RWE Dea”nın saytına istinadən məlumat verir.

Məlumata görə, birgə araşdırmaların məqsədi gələcək kəşfiyyat işlərinin mümkünlüyünü müəyyənləşdirmək üçün geoloji və geofizika tədqiqatlarının aparılmasıdır. Müqavilə sahəsi 850 kvadratkilometr təşkil edir. Zonada suyun dərinliyi 30 metri ötmür.

Məlumatda deyilir ki, saziş şirkətə Xəzər dənizi ərazisində sərvətlər haqqında biliklərini dərinləşdirməyə imkan verəcək.

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında