Qiymətlərin aşağı salınması ilə bağlı mobil operatorlar arasında aparılan danışıqlar artıq başa çatmaq üzrədir

Tariflərin aşağı salınması ilə bağlı mobil operatorlarla müzakirələr aparılmışdır. Bu barədə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov açıqlama vermişdir. Nazir qeyd etmişdir ki, mobil operatorlar Rabitə və Yüksək Texnologiyalar Nazirliyində keçirilmiş kollegiyanın qərarları ilə tanış olmuşlar: “Mən artıq gələcəyə optimist baxıram. Onlar operatorlararası vahid, ucuzlaşdırılmış qiymət üzərində danışıqları bitirirlər”.

Nazirlikdən aldığımız məlumatda deyilir ki, danışıqlar başa çatdıqdan sonra operatorlar tərəfindən danışıq tariflərinin müəyyən qədər aşağı salınacağının istisna edilmədiyini vurğulayan nazir qeyd etmişdir ki, hazırkı tariflər bazar qiymətləri nə uyğundur və onlara çox təzyiq də etmək olmaz: “Qiymətlərin həddən artıq aşağı düşməsi də inkişafa müəyyən qədər təsir göstərir. Amma hər halda qiymətləri aşağı salmaq üçün koridor var”.

Regional təşəbbüslərdən  söz açan nazir bildirmişdir ki, BMT Baş Assambleyasının 67-ci sessiyasında Azərbaycan tərəfindən irəli sürülən təklif dəstəklənərək, “Avrasiya Rabitə Alyansı” (“Eurasian Connectivity Alliance”- EuraCA) yaradılmışdır. Artıq alyansın fəaliyyətə başlayacağını vurğulayan nazirin sözlərinə görə,  buraya daxil olan layihələrdən biri də “TASİM -Trans-Avrasiya Super İnformasiya Magistralı”dır: “Bu istiqamətdə artıq hazırlıq işləri aparılır. Demək olar ki, bir neçə operator tərəfindən böyük biznes layihəsi hazırlanır və bu həyata keçiriləcək. Azərbaycanın koordinator olduğu bu alyansda “TASİM” layihəsi kimi layihələrin sayı daha da çox olacaq”.

 

Samirə ƏLİYEVA,

“Xalq qəzeti”

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında