“Statoil” “Şahdəniz” və Cənubi Qafqaz qaz kəməri layihəsində iştirak payının 10 faizini satmışdır

Şirkətin aktivlərinin 6,7 faizini ARDNŞ, 3,3 faizini isə bp əldə etmişdir.

Norveçin “Statoil” neft şirkəti “Şahdəniz” qaz-kondensat yatağının işlənməsi və Cənubi Qafqaz qaz kəməri layihəsində iştirak payının 10 faizini satmışdır.

“Statoil” şirkətinin yaydığı məlumata görə, sövdələşmənin ümumi dəyəri 1,45 milyard ABŞ dolları təşkil etmişdir.

Sövdələşmə nəticəsində “Statoil” şirkətinin Azərbaycandakı aktivlərinin 6,7 faizini Azərbaycan Dövlət Neft Şirkəti, 3,3 faizini isə bp şirkəti əldə etmişdir.

Qeyd edək ki, əməliyyat nəticəsində “Şahdəniz” layihəsinin iştirakçılarının payları aşağıdakı kimi bölünmüşdür: bp (28,8 faiz), ARDNŞ (16,7 faiz), “Statoil” (15,5 faiz), “Total” (10 faiz), Lukoil (10 faiz), NIKO (10 faiz) və TPAO (9 faiz).

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında