Vergi xidməti əməkdaşları arasında ənənəvi şahmat turnirinə yekun vurulmuşdur

 

Vergi xidməti əməkdaşları arasında ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş ənənəvi şahmat turnirinə yekun vurulmuşdur.

Yarışlara aprel ayının 12-də start verilmişdir. Vergilər Nazirliyinin struktur bölmələrinin əməkdaşlarının iştirak etdiyi turnir Olimpiya sistemi üzrə keçirilmişdir. 

Vergilər nazirinin müşaviri Asif Cahangirov yarışın maraqlı rəqabət şəraitində keçdiyini bildirmiş, qalib gəlmiş əməkdaşları diplomlarla təltif etmişdir.

Turnirin qalibi Vergilər Nazirliyi aparat rəhbərinin müavini Əli Həsənov olmuşdur. Vergi Auditi Departamentinin əməkdaşı Azay Məmmədov turnirdə 2-ci yeri tutmuşdur. 3-cü yer uğrunda yarışda Vergilər Nazirliyinin 4 saylı Ərazi Vergilər İdarəsinin əməkdaşı Şəhriyar Məmmədov qalib gəlmişdir.

Şahmat turnirində həmçinin Azərbaycanın istedadlı şahmatçısı Vüqar Həşimovun xatirəsini yad etmək məqsədilə ən sürətli qələbə üçün xüsusi mükafat və diplom təsis edilmişdir. Həmin mükafata Vergilər Nazirliyinin aparat rəhbərinin müavini Əli Həsənov layiq görülmüşdür.

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında