Azərbaycanın uğurları “ABŞ-Azərbaycan: gələcəyə baxış” Forumu çərçivəsində “ABŞ-Azərbaycan münasibətləri: ticarətdə və investisiyalarda tərəfdaşlıq” mövzusunda sessiyanın diqqət mərkəzindədir

 

Xəbər verdiyimiz kimi,  Vaşinqtonda ikigünlük “ABŞ-Azərbaycan: gələcəyə baxış” Forumu işə başlamışdır.

Forumun işində ABŞ-ın bir sıra dövlət xadimləri, o cümlədən ABŞ Konqresinin müxtəlif ştatlarının nümayəndələr palatalarının və senatlarının, ABŞ Administrasiyasının üzvləri, elmi-tədqiqat mərkəzlərinin, habelə Azərbaycanın dövlət qurumlarının  nümayəndələri, o cümlədən Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri - deputatlar Asim Mollazadə, Sevinc Fətəliyeva, ARDNŞ-in prezidenti Rövnəq Abdullayev, şirkətin vitse-prezidentləri Elşad Nəsirov, Xalik Məmmədov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və digər dövlət qurumlarının nümayəndələri iştirak edirlər. Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, pravoslav icmasının başçısı Aleksandr İşein, dağ yəhudiləri icmasının başçısı Melix Yevdayev və katolik icmasının ordinarisi Vladimir Fekete də Azərbaycan nümayəndə heyətinin tərkibindədirlər.

“ABŞ-Azərbaycan münasibətləri: ticarətdə və investisiyalarda  tərəfdaşlıq” mövzusunda birinci sessiyada Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Səməd Seyidov və Milli Məclisin deputatı Asim Mollazadə çıxış edərək,  auditoriyaya ABŞ-Azərbaycan münasibətlərinin yaranması tarixindən və son 22 ildə iki ölkə arasında uğurlu əməkdaşlıqdan danışmışlar.

Birinci sessiyanın işində Vayominq ştatının Nümayəndələr Palatasının və Senatının üzvləri Devid Miller və Sisko MakSorli, Yuta ştatından Uilliam Deyvis və Lin Heminquey, Nyu-Meksikodan Debbi Rodella və Nora Espinoza, Texas ştatından Lens Quden, Arkanzas ştatından Coys Elliot və Conatan Barnet, Şimali Dakotadan Kori Mok, Cənubi Dakotadan Lens Rassel, İndianadan Brandt Herşman, Nyu-Hempşer ştatından Lenet Piterson, Vermont ştatından Cin O.Sallivan və Mətyu Triber, Meyn ştatından Rocer Katz və Dennis Keşl, Tennessi ştatından Co Tauns iştirak etmişlər. Onlar parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Səməd Seyidova ABŞ-Azərbaycan tərəfdaşlığına həsr olunmuş bir sıra qətnamələr təqdim etmişlər.

Arkanzas ştatından konqresmen, bu ştatın Nümayəndələr Palatasının nəqliyyat məsələləri komitəsinin sədri Conatan Barnet çıxışında bildirmişdir ki, Bakıya səfəri zamanı Azərbaycanın nəqliyyat infrastrukturunun inkişafı onda gözəl təəssürat oyatmışdır. O, ölkəmizin iqtisadi uğurlarından danışaraq bildirmişdir ki, Azərbaycan rəhbərliyi öz vətəndaşlarının, eləcə də regionun digər ölkələrinin rifahını yaxşılaşdırmağa çalışır.

Missisipi ştatının keçmiş qubernatoru Heyli Barbur (2004-2012-ci illər) çıxışında Avropanın enerji  resursları ilə təchizatçısı kimi Azərbaycanın rolundan danışaraq demişdir: “Azərbaycan ilk qaz təchizatını səbirsizliklə gözləyən Avropa üçün Allahın nemətidir”. Missisipi administrasiyasının sabiq başçısı Azərbaycanda dini tolerantlığın əhəmiyyətini, habelə Azərbaycanın ABŞ üçün böyük əhəmiyyət daşıması barədə Amerika ictimaiyyətinin məlumatlandırılması baxımından Forumun rolunu xüsusi vurğulamışdır.

Yusif BABANLI

AzərTAc-ın xüsusi müxbiri

Vaşinqton

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında