Bakıda Xəzər-Avropa Klubunun təşkilatçılığı ilə biznes forum keçirilmişdir

 

 Aprelin 30-da Bakıda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə  Xəzər-Avropa Klubunun (CEIBC) təşkilatçılığı ilə biznes forum keçirilmişdir.

AzərTAc xəbər verir ki, biznes forumda Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev və komitənin nümayəndələri, Xəzər-Avropa Klubunun üzvləri, Almaniyanın Azərbaycandakı səfiri xanım Haydrun Tempel və KİV təmsilçiləri iştirak etmişlər.

Əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

Xəzər-Avropa Klubunun baş icraçı direktoru Telman Əliyev qurumun fəaliyyəti barədə məlumat vermişdir. Bildirilmişdir ki, klubun əsas məqsədi dövlət orqanları və biznes nümayəndələri arasında əlaqələri inkişaf etdirməkdir. 2002-ci ilin iyununda yaradılmış CEIBC dünyanın 50 ölkəsindən 500-dən çox şirkəti birləşdirir.

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev biznes forumda çıxış edərək Azərbaycanın gömrük xidmətinin  keçdiyi şərəfli yoldan, görülən işlərdən və qarşıda duran vəzifələrdən danışmışdır. Bildirilmişdir ki, son 3 ildə Dünya Gömrük Təşkilatı tərəfindən gömrük-biznes əməkdaşlığı və fikir mübadiləsi həyata keçirilir. Respublikamız “Gömrük şəffaflığı indeksi” göstəricisi üzrə 138 ölkə arasında 39-cu yerdə qərarlaşmışdır. Bu, sevindirici haldır. Azərbaycan gömrük xidmətinin apardığı işlər, tətbiq olunan informasiya texnologiyaları, bu sahədəki mövcud qanunvericilik və s. dünya ölkələri tərəfindən yüksək qiymətləndirilir. Azərbaycan Gömrük Xidməti ötən il Dünya Gömrük Təşkilatı sədrinin Avropa regionu ölkələri üzrə müavini seçilmişdir.

Aydın Əliyev vurğulamışdır ki, Azərbaycanda sahibkarlara dəstək olmaq və ölkənin iqtisadi təhlükəsizliyinin qorunması üçün gömrük orqanlarının qarşısında mühüm vəzifələr durur. Sahibkarlar ilə gömrük orqanlarının birgə fəaliyyəti üçün hökumətə müəyyən təkliflər verilmişdir. Bunlar iki qanunverici aktla bağlıdır.

Tədbirdə Aydın Əliyevə klubun fəxri üzvünün sertifikatı təqdim olunmuşdur.

Biznes forumda təqdimatlar keçirilmiş, təkliflər səsləndirilmiş, müzakirələr aparılmışdır.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında