Avropa Birliyi Azərbaycan qazının “Cənub qaz dəhlizi” ilə nəql marşrutunu uzatmağı planlaşdırır

 

 

Avropa Birliyi Azərbaycandan başlayaraq İtaliyanın cənubuna qədər uzanan “Cənub qaz dəhlizi” boru xəttini uzatmağı planlaşdırır.

APA-nın məlumatına görə, bu barədə “Vedomosti” nəşri Avropa Komissiyasının nümayəndəsinə istinadən xəbər yaymışdır.

Bildirilir ki, boru xəttinin Avropa qitəsinin əhatə coğrafiyası genişləndiriləcək.

“Cənub qaz dəhlizi” 2019-cu ilədək Azərbaycanın “Şahdəniz” yatağından Gürcüstan, Türkiyə, Yunanıstan və Albaniyadan keçməklə, İtaliyanın cənubunadək TANAP-TAP qaz boru xətləri sisteminin inşasını nəzərdə tutur. Bu xətlər vasitəsi ilə Türkiyəyə 6 milyard, Avropaya isə 10 milyard kubmetr qaz nəqli planlaşdırılır. 

Artıq 2014-2020-ci illəri əhatə edən qaz xətlərinin inşası proqramı təsdiq olunmuşdur. İspaniya ilə Fransa da Xəzər qazını almaq niyyətindədirlər. Bunun üçün 5,8 milyard avroluq xüsusi fond yaradılmışdır. Avropa Komissiyasının nümayəndəsi bildirmişdir ki, bu, Avropaya Azərbaycandan qaz nəqlini artırmağa, habelə Türkmənistan və İrandan qaz idxalına başlamağa imkan verəcək.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında