Bakıda MDB Elektroenergetika Şurasının 45-ci iclası keçirilmişdir

 

 

Aprelin 25-də Bakıdakı “Hilton” otelində MDB Elektroenergetika Şurasının 45-ci iclası olmuşdur.

Tədbirdə Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, və Türkmənistanın müvafiq qurumlarının səlahiyyətli nümayəndələri iştirak etmişlər.

MDB-nin hökumətlərarası orqanı olan Elektroenergetika Şurası 1992-ci ilin fevral ayında MDB ölkələrində elektroenergetika sahəsində dövlətlərarası münasibətlərin əlaqələndirilməsi haqda saziş əsasında yaradılmışdır.

Bu təşkilatın məqsədi MDB ölkələrinin elektroenergetika sistemlərini əlaqələndirməklə istehlakçıların elektrik enerjisi ilə etibarlı təchizatını təmin etməkdir.

Qeyd etmək lazımdır ki, MDB Elektroenergetika Şurasının iclası artıq üçüncü dəfədir ki, Bakıda keçirilir. Şuranın Bakıdakı ilk iclası 2004-cü ildə, ikinci iclası isə 2009-cu ildə olmuşdur.

İclasda şuranın üzvü olan ölkələrin enerji sistemlərinin 2013-2014-cü illərin payız-qış dövründə işinin yekunları, ətraf mühitin qorunması, enerjidən səmərəli istifadə, bərpa olunan enerji mənbələri və qarşılıqlı əməkdaşlıq məsələləri nəzərdən keçirilmiş, 2015-ci il üçün tədbirlər planı müzakirə olunmuşdur.

Qeyd edilmişdir ki, Azərbaycan elektrik energetikası sahəsində ikitərəfli formatda əməkdaşlığa üstünlük verir. Məsələn, bu tədbir çərçivəsində Azərbaycan ilə Rusiya Federasiyası arasında ikitərəfli görüş keçirilmişdir. Xatırladaq ki, bu iki dövlətin elektroenergetika sistemi paralel iş rejiminin təmin edilməsi haqqında saziş çərçivəsində fəaliyyət göstərir.

Azərbaycan, Rusiya və İran ekspertləri arasında görüş olmuşdur.

İclasda BMT-nin Avropa İqtisadi Komissiyası və MDB Elektroenergetika Şurası arasında qarşılıqlı anlaşma haqqında memorandum imzalanmışdır.

İclas iştirakçıları Sumqayıt elektrik stansiyasının və Sumqayıt texnologiya parkının işi ilə tanış olmuşlar. 

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında