“Şahdəniz” layihəsi üzrə unikal gəminin tikintisinə dair saziş imzalanmışdır

 

 

ARDNŞ-in gəmiqayırma zavodu və bp şirkəti arasında “Şahdəniz” qaz-kondensat yatağının işlənməsinin ikinci fazası çərçivəsində istismar olunacaq çoxfunksiyalı gəminin tikintisi üzrə saziş imzalanıb.

Trend-in məlumatına görə, sazişi çərşənbə günü Bakıda bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell və “Baku Shipyard” şirkətinin direktoru Devid Lo imzalayıblar.

Müqavilənin dəyəri 378 milyon dollardır. Gəminin tikintisi 2017- ci ilin aprelində başa çatacaq.

İmzalama mərasimi zamanı iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev yeni zavodun və onun müəyyən olunmuş vaxtda istismara verilməsinin əhəmiyyətini qeyd etmişdir.

Onun sözlərinə görə, bp ilə sazişin imzalanması zavodun texniki təchizatının yüksək səviyyəsini və onun beynəlxalq standartlara uyğunluğunu göstərir.

ARDNŞ-in rəhbəri Rövnəq Abdullayevin sözlərinə görə, “Şahdəniz -2” iri və unikal layihədir. Yeni zavod olmadan Xəzərdə belə gəminin tikintisi mümkün olmazdı.

R.Abdullayev qeyd etmişdir ki, gəmiqayırma zavodunun olması eyni vaxtda bir neçə layihənin reallaşdırılmasına imkan verir. Onun sözlərinə görə, zavodda ARDNŞ-in ehtiyaclarını təmin etmək üçün yeni üzən qazma qurğusunun aşağı hissəsinin tikintisi həyata keçiriləcək.

Qordon Birrellin sözlərinə görə, gəmi sualtı avadanlıq və qurğuları yerləşdirməyə imkan verəcək. O cümlədən “Şahdəniz -2” layihəsi çərçivəsində ilk qazın əldə olunmasınadək gəmi böyük həcmdə işlərin həyata keçirilməsinə imkan verəcək: “Gəmi “Şahdəniz” layihəsinin reallaşadırılması tələblərinə cavab verəcək yüksək beynəlxalq standartlara uyğun inşa ediləcək”.

Məhz buna görə gəmidən əsas etibarilə “Şahdəniz -2” layihəsi çərçivəsində istifadə olunacaq, gəmi eləcə də Xəzərdə başqa işlərə cəlb olunacaq.

Birrell qeyd etmişdir ki, regionda şirkətin artan biznesini nəzərə alaraq perspektivdə bp yeni gəmilərin tikintisində zavodun xidmətlərindən istifadə edəcək.

Ümumilikdə “Şahdəniz-2” layihəsi çərçivəsində ümumi dəyəri 5 milyard dollar olan 12 əsas iri layihə imzalanmışdır.

“Bakı Gəmiqayırma Zavodu” MMC-nin gücü ildə 25 min ton dəmir konstruksiya təşkil edir. Zavod hər il 15 min ton dedveytə malik 4 tanker və ya 70 min ton dedveytli iki tanker istehsal edə biləcək. Eləcə də zavod ildə dörd gəmi və yedək gəmisi istehsal edə və müxtəlif təyinatlı 80-100 gəmi təmir edə biləcək. Layihənin əsas məqsədi Xəzər dənizində tələbatı təmin etmək üçün lazımi gəmilərin tikintisidir.

Zavodun tikintisinə qoyulan investisiyanın həcmi 450 milyon dollar təşkil edir.

Müəssisədə pay bölgüsü belədir: ARDNŞ - 65 faiz, AİŞ - 25 faiz, “Keppel” - 10 faiz.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında