Samuxda fermer təsərrüfatları rəhbərlərinin iştirakı ilə zona müşavirəsi keçirilmişdir

Samuxda Göygöl, Goranboy və Yevlax rayonlarında fəaliyyət göstərən fermer təsərrüfatları rəhbərlərinin, kənd təsərrüfatı sahəsində çalışan işçilərin, eləcə də rayon icra hakimiyyəti başçılarının kənd təsərrüfatı məsələləri üzrə müavinlərinin iştirakı ilə zona müşavirəsi keçirilmişdir.
Müşavirədə kənd təsərrüfatı nazirinin müavini Aslan Aslanov məruzə ilə çıxış edərək, son vaxtlar baş verən təbii fəlakətlərin törətdiyi fəsadların aradan qaldırılması istiqamətində respublika rəhbərliyinin həyata keçirdiyi tədbirlərdən, taxılçılığın inkişafı sahəsində qarşıda duran vəzifələrdən danışmışdır.
Müşavirədə qeyd olunmuşdur ki, baş verən təbii fəlakətlərə baxmayaraq, bu il ölkədə taxıl qıtlığı olmayacaqdır. Bunun üçün hökumət lazım olan bütün tədbirləri görmüş, əhalinin tələbatına uyğun lazımi qədər taxıl ehtiyatı yaradılmışdır. Lakin bütün bunlarla bərabər, bəzi iş adamları bundan yararlanaraq unun və çörəyin qiymətini artırmağa çalışırlar. Buna heç bir əsas yoxdur və dövlət belə süni qiymət artımına qətiyyən imkan verməyəcəkdir.
Sonra müşavirədə fermer təsərrüfatlarının rəhbərləri çıxış edərək, qarşılaşdıqları problemlərdən danışmış, bu problemlərin həlli üçün nazirliyin dəstək olmasını arzulamışlar.{nl}

AzərTAc

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında