Bakıda Azərbaycan-Niderland biznes forumu keçirilmişdir

 

 

Aprelin 23-də Bakıda Azərbaycan-Niderland biznes forumu keçirilmişdir.

İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçirilmiş tədbirdə rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı, tikinti, təhsil, logistika, İKT, su təsərrüfatı və digər sahələrdə fəaliyyət göstərən 170-dən çox iş adamı iştirak etmişdir.

Biznes forumda çıxış edən iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycanın Avropa İttifaqı ölkələri ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini, Cənubi Qafqazda ölkəmizin Avropanın əsas ticarət tərəfdaşı olduğunu və bu qitənin enerji təhlükəsizliyində mühüm rol oynadığını qeyd etmişdir.

 Bildirilmişdir ki, son illərdə Azərbaycan ilə Niderland arasında müxtəlif sahələrdə əməkdaşlıq inkişaf edir və yüksək səviyyəli səfərlər, keçirilən görüşlər ikitərəfli iqtisadi münasibətlərin genişlənməsində xüsusi əhəmiyyət kəsb edir.

Hazırda Azərbaycanda maliyyə, sənaye, tikinti, xidmət, ticarət, kənd təsərrüfatı, nəqliyyat və s. sahələrdə 100-dən çox Niderland investisiyalı şirkət fəaliyyət göstərir. Niderland tərəfindən Azərbaycan iqtisadiyyatının qeyri-neft sektoruna indiyədək təqribən 670 milyon ABŞ dolları həcmində birbaşa investisiyalar yatırılmışdır. Niderland şirkətləri Azərbaycanda həyata keçirilən layihələrdə podratçı qismində də iştirak edirlər.

Son vaxtlar Azərbaycanda bir sıra ekoloji layihələrin həyata keçirildiyini qeyd edən Şahin Mustafayev Niderland şirkətləri ilə Abşeron göllərinin, o cümlədən Böyükşor gölünün bərpası sahəsində də əməkdaşlıq edildiyini bildirmişdir. Azərbaycan və Niderland arasında ticarət dövriyyəsi 2013-cü ildə 24 faiz artmışdır.

 Şahin Mustafayev Azərbaycan və Niderland arasında iqtisadi əlaqələrin genişlənməsi, yeni əməkdaşlığın qurulması baxımdan biznes forum və sərgilərin əhəmiyyətini qeyd etmiş, bu gün keçirilən biznes forumun da iş adamları arasında, xüsusilə Azərbaycan və Niderlandın regionlarında fəaliyyət göstərən sahibkarlar arasında əlaqələrin inkişafına, ikitərəfli ticarət dövriyyəsinin genişlənməsinə töhfə verəcəyini vurğulamışdır.

Azərbaycan iqtisadiyyatı barədə məlumat verən Şahin Mustafayev ölkəmizin Cənubi Qafqazın siyasi, iqtisadi və mədəni mərkəzi olduğunu, siyasi və makroiqtisadi sabitliyin təmin edildiyini qeyd etmiş, yaradılmış əlverişli biznes və investisiya mühiti nəticəsində ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcminin ildən-ilə artdığını, ölkəmizin artan iqtisadi imkanları nəticəsində investisiya ixracatçısına çevrildiyini diqqətə çatdırmışdır. Azərbaycan iqtisadiyyatına dair bir sıra makroiqtisadi göstəriciləri qeyd edən nazir ölkəmizdəki iqtisadi inkişafın beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirildiyini diqqətə çatdırmışdır.  

Niderland Krallığı Senatının üzvü Rene Van der Linden Azərbaycanın sürətli iqtisadi inkişafından məmnunluğunu ifadə etmiş, ölkələrimizin böyük iqtisadi potensiala malik olduğunu və mövcud imkanlardan səmərəli istifadənin, eləcə də iş adamları arasında əməkdaşlığın genişləndirilməsinin Niderland və Azərbaycan arasında iqtisadi-ticarət əlaqələrinin inkişafında əhəmiyyətli olacağını bildirmişdir.

Xarici işlər nazirinin müavini, “ADA” Universitetinin rektoru Hafiz Paşayev iş adamlarının iştirakı ilə keçirilən belə tədbirlərin biznes dairələri arasında əlaqələrin genişləndirilməsi, ölkə iqtisadiyyatının tanıdılması baxımından əhəmiyyətini qeyd etmişdir. Azərbaycan və Niderland arasında əlaqələrin iqtisadiyyatın müxtəlif sahələri ilə yanaşı, təhsil sahəsini də əhatə etdiyini qeyd edən Hafiz Paşayev bu sahədə “ADA” Universiteti ilə Niderlandın “Maastrixt” İdarəetmə Mərkəzi arasında həyata keçirilən əməkdaşlıq barədə məlumat vermişdir.

Tədbirdə AZPROMO-nun rəhbəri Rüfət Məmmədov ölkəmizin biznes mühiti və investisiya imkanlarına, Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktoru Rövşən Nəcəf qurumun fəaliyyətinə və həyata keçirilən layihələrə, “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin icraçı direktorunun müavini Zaur Məmmədov sənaye parkında sahibkarlar üçün yaradılmış şəraitə, Niderland tərəfi isə bu ölkənin iqtisadiyyatının müxtəlif sahələrinə və investisiya qoyuluşu imkanlarına dair təqdimatlarla çıxış etmişlər.

Biznes forum iş adamları arasında ikitərəfli görüşlərlə davam etmişdir.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında