Bakıda Azərbaycan-Kamboca biznes forumu keçirilmişdir

 

 

 

Aprelin 22-də Bakı Biznes Mərkəzində Azərbaycan-Kamboca biznes forumu keçirilmişdir. İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçirilən tədbirdə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, sənaye, kənd təsərrüfatı, konsaltinq, tikinti logistika sahələrində fəaliyyət göstərən 50-dən çox iş adamı

iştirak etmişdir.

Tədbirdə iqtisadiyyat və sənaye nazirinin müavini Sahil Babayev çıxış edərək, Azərbaycanın beynəlxalq əməkdaşlığın genişləndirilməsinə böyük önəm verdiyini diqqətə çatdırmış, biznes forumların, işgüzar görüşlərin və sahibkarların iştirakı ilə keçirilən digər görüşlərin iqtisadi münasibətlərin inkişafında əhəmiyyətli rol oynadığını söyləmişdir. Nazir müavini Azərbaycan-Kamboca biznes forumunun ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafına müsbət töhfə verəcəyinə əmin olduğunu bildirmişdir.

Sahil Babayev, həmçinin Azərbaycan iqtisadiyyatı barədə də geniş məlumat vermişdir. Qeyd edilmişdir ki, uğurla davam etdirilən sosial-iqtisadi siyasət nəticəsində ölkəmizdə davamlı və dayanıqlı iqtisadi inkişaf, makroiqtisadi sabitlik təmin edilmiş, əlverişli biznes və investisiya mühiti yaradılmışdır. Qazanılmış sosial-iqtisadi nailiyyətlər nüfuzlu beynəlxalq reytinq agentliklərinin hesabatlarında da öz əksini tapmışdır. Bütün bunlar Azərbaycanın iqtisadi uğurlarına verilən yüksək qiymətin, ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir.

Artıq Azərbaycanın investisiya ixrac edən ölkəyə çevrildiyini vurğulayan Sahil Babayev kambocalı iş adamlarını ölkəmizdə yaradılmış əlverişli biznes mühiti və investisiya imkanlarından yararlanmağa, azərbaycanlı iş adamları ilə fəal əməkdaşlığa dəvət etmişdir.

Kamboca Krallığının ticarət naziri və İnkişaf Şurasının sədr müavini Sun Çanthol ölkəsi ilə Azərbaycan arasında iqtisadi əlaqələrin inkişafı üçün mövcud potensialdan səmərəli istifadənin, iş adamları arasında əlaqələrin genişləndirilməsinin ölkələrimizin iqtisadi-ticarət əməkdaşlığının inkişafında əhəmiyyətini vurğulamışdır.

Kambocalı qonaq iqtisadi əlaqələrin inkişaf istiqamətləri barədə də məlumat vermişdir. Sun Çanthol ölkəsinin əlverişli təbii coğrafi mövqedə yerləşdiyini, Azərbaycan ilə əlaqələrin inkişafında maraqlı olduğunu diqqətə çatdırmış, azərbaycanlı iş adamlarını  kambocalı iş adamları ilə əlaqələri genişləndirməyə və Kamboca iqtisadiyyatının müxtəlif sahələrinə investisiya yatırmağa dəvət etmişdir. 

AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanın investisiya mühiti və biznes imkanlarına, Kambocanın İnkişaf Şurasının baş katibi Sok Çenda Sofean bu ölkənin investisiya mühitinə dair təqdimatlarla çıxış etmişlər.

Biznes forum iş adamları arasında ikitərəfli görüşlərlə davam etmişdir.

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında